Dünya

Marko Rubio: “Ehtiyacımız olanda hərbi bazalardan istifadə edə bilməyəcəyiksə, niyə NATO-dayıq?”

1 aprel, 2026
154

Foto: açıq mənbə

ABŞ dövlət katibi Marko Rubio ölkəsinin də üzv olduğu Şimali Atlantik Müqavilə Təşkilatını (NATO) tənqid edib.

O, martın 31-də “Fox News” telekanalına müsahibəsində NATO-ya üzv ölkələrin ABŞ-yə İrana qarşı hərbi əməliyyatlarda kömək etmədiyini bildirib. 

“Əgər indi NATO alyansının hərbi bazalarından Amerikanın maraqlarını müdafiə etmək üçün istifadə edə bilməyəcəyimiz bir nöqtəyə çatmışıqsa, deməli, NATO birtərəfli bir küçədir. Deməli, NATO sadəcə Avropanı müdafiə etmək üçün Avropada qoşunlarımızın olmasından ibarətdir. Heç onlardan hava hücumları keçirmələrini istəmirik. Amma onların hərbi bazalarından istifadə etməyimizə icazə vermələrini istədiyimiz zaman onların cavabı "yox"dur? Bəs niyə NATO-dayıq?”, - Rubio sual edib. 

Dövlət katibinin sözlərinə görə, İranla münaqişə başa çatdıqdan sonra ABŞ-nin NATO ilə münasibətlərini “yenidən nəzərdən keçirməli olacağına şübhə yoxdur”. 

“NATO-nun ölkəmiz üçün dəyərini yenidən nəzərdən keçirməli olacağıq. Nəticə etibarilə, bu, prezidentin verəcəyi bir qərardır. Amma təəssüf ki, düşünürəm ki, bir müddətdir ölkəyə yaxşı xidmət edən bu alyansın hələ də bu məqsədə xidmət edib-etmədiyini, yoxsa indi Amerikanın sadəcə Avropanı müdafiə etmək mövqeyində olduğu, lakin müttəfiqlərimizin köməyinə ehtiyac duyduğumuz zaman baza hüquqlarımızı və uçuşlarımızı rədd edəcəkləri birtərəfli bir küçəyə çevrildiyini yenidən araşdırmalı olacağıq. Düşünürəm ki, bunlar verməli olduğumuz qanuni suallardır və bu münaqişə bitdikdən sonra bunlar çox diqqətlə araşdırılmalıdır”, - o əlavə edib. 

Eyni gündə prezident Donald Tramp da “Truth Social” platformasında müttəfiq ölkələri İrana qarşı münaqişədə ABŞ və İsrailə yardım etmədiklərinə görə tənqid edib. 

O, müttəfiq ölkələrə xitabən yazıb ki, ABŞ “həmişə onlara kömək etməyəcək və özlərini müdafiə etməyi öyrənməlidirlər”. 

Martın 30-da İspaniya hava məkanını ABŞ hərbi təyyarələrinə bağladığını xəbər verib. Bir gün sonra isə İtaliyanın da Sicilya adasındakı bazasına ABŞ təyyarəsinin enməsinə icazə vermədiyi xəbəri yayılıb. 

Fevralın 28-dən bəri ABŞ və İsrail İrana qarşı havadan hücumlar həyata keçirir. İran isə cavab olaraq İsrailə və ABŞ hərbi bazalarının yerləşdiyi Fars körfəzi ölkələrinə raket və dron zərbələri endirir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

46 təşkilat Azərbaycanın ATƏT sədrliyinə təklif olunmasına qarşı çıxıb

24 noyabr 2026

sosial media

Bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları Azərbaycanın ATƏT-ə mümkün sədrliyinə qəti etiraz edib və iştirakçı dövlətləri bu təşəbbüsün qarşısını almağa çağırıb. İşgəncələrə Qarşı Dünya Təşkilatının (OMCT) saytında noyabrın 23-də yayımlanan müraciəti 46 təşkilat imzalayıb. Onlar Azərbaycan hökumətini təhlükəsizlik, ətraf mühit və insan hüquqları sahələrində “etibarlı tərəfdaş” hesab etmədiklərini və ölkənin ATƏT-ə sədrlik etməyə layiq olmadığını bildiriblər. İmzaçılar arasında ABŞ-dən “Freedom Now”, Azərbaycandan İnsan Hüquqları Mərkəzi, Belarus Helsinki Komitəsi və “Vyasna” İnsan Haqları Mərkəzi də var. Müraciətdə deyilir ki, noyabrın 19-da ATƏT-in Daimi Şurasında Azərbaycanın 2027-ci ildə təşkilata sədrlik etməsi ehtimalı müzakirə olunub. Təşkilatlar bildirirlər ki, ATƏT-in idarəçiliyinin avtoritar hökumətə həvalə...
Dünya

BMT baş katibi dünya ölkələrini süni intellektə nəzarət üzrə çərçivə yaratmağa çağırıb

24 noyabr 2026

sosial media

BMT-nin baş katibi Antonio Quterreş süni intellektin yaratdığı risklərin idarə olunması üçün dünya ölkələrini qarşıdakı bir il ərzində vahid beynəlxalq çərçivə formalaşdırmağa çağırıb. “Əl-Cəzirə”nin məlumatına görə, Quterreş bu barədə noyabrın 23-də Barbadosun paytaxtı Bridgetaunda keçirilən Süni İntellekt Təhlükəsizliyi üzrə xüsusi sammitdə çıxışı zamanı danışıb. O, BMT-yə üzv dövlətləri səylərini əlaqələndirməyə, süni intellekt risklərinin idarə olunması üçün ümumi prinsiplər hazırlamağa və müstəqil nəzarət mexanizmi yaratmağa çağırıb. Baş katib bildirib ki, bu proses bütün ölkələrin iştirakını təmin etməli, süni intellekt sistemlərinin təhlükəsizliyinə etibarlı nəzarəti nəzərdə tutmalıdır. Quterreş texnologiyanın sürətli inkişafı fonunda bəşəriyyətin öz gələcəyi üzərində nəzarəti qorumasının vacibliyini vurğulayıb. O, beynəlxalq idarəetmə...

Seçilmiş Videolar

Toplum TV loqo