Dünya

Moldova MDB-dən çıxıb

10 Aprel, 2026
169

Açıq mənbə

Moldovanın prezidenti Maya Sandu Müstəqil Dövlətlər Birliyinin əsasını təşkil edən sazişlərin ləğvi barədə fərmanları imzalayıb. Moldova Avropa İttifaqı standartlarına uyğunlaşma çərçivəsində indiyədək təxminən 70 MDB sazişini ləğv edib. 

Ölkənin təşkilatdan çıxma prosesinin başladığını yanvar ayında xarici işlər naziri Mixail Popşoy elan etmişdi. 

Sazişlərin ləğvi prosesinin təşəbbüskarı Moldova Xarici İşlər Nazirliyi olub. Nazirlikdə vurğulanıb ki, MDB-nin fundamental dəyərləri və prinsipləri artıq yerinə yetirilmir, təşkilat isə öz mövcudluğunun mənasını itirib. 

Moldovanın MDB-dən çıxması üçün əsas arqument kimi Rusiya tərəfindən qarşılıqlı ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının tanınması prinsipinin kobud şəkildə pozulması göstərilib.

Xüsusilə, Kişinyov Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsini, Gürcüstana qarşı hərbi əməliyyatlarını və Moldovanın öz ərazisi olan Dnestryanı bölgədə rus qoşunlarının qanunsuz şəkildə yerləşməsini MDB-nin əsaslarının tam şəkildə pozulmasının sübutu hesab edir.

Moldovanın MDB-dən çıxması ölkənin Avropa İttifaqına inteqrasiya kursu çərçivəsində zəruri və qaçılmaz addım kimi qiymətləndirilir.

Təşkilatdan çıxmaq Moldovaya dövlət büdcəsinə ildə təxminən 3,1 milyon ley (150 min avrodan çox) vəsaitə qənaət etmək imkanı verəcək. Bu məbləğ ölkənin MDB büdcəsinə ödədiyi üzvlük haqqına uyğundur.

Avropanın ən kasıb ölkələrindən olan Moldova 2023-cü ildən MDB-nin bütün tədbirlərində iştirakını dayandırıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

2 Oktyabr 2026

sosial media

Yaponiya hakimiyyəti Rusiyaya qarşı növbəti sanksiyalar paketini tətbiq edib. Tokionun sanksiya siyahısına Rusiyadan 33 şirkət və 9 fiziki şəxs, həmçinin Türkiyə və BƏƏ-dən 4 şirkət daxil edilib. Yaponiya eyni zamanda Rusiya ilə əlaqəli olduğunu bildirdiyi 35 gəmiyə qarşı da məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Sanksiyalara VNIIR-Progress şirkətinin baş direktoru Vladislav Kostin və “Rostex” şirkəti rəhbərinin müavini Dmitri Lelikov da daxil edilib. Yaponiya Rusiyaya qarşı sonuncu sanksiyaları 12 sentyabr 2025-ci ildə, keçmiş baş nazir Şiqeru İşibanın hökuməti dövründə tətbiq etmişdi. Hazırkı baş nazir Sanae Takaçinin rəhbərlik etdiyi hökumət dövründə isə Rusiyaya qarşı yeni sanksiyalar qəbul edilməmişdi. Bundan bir müddət əvvəl Böyük Britaniya...
Dünya

“Reuters”: İran ABŞ-nin mümkün hücumuna daha genişmiqyaslı cavab hazırlayır

1 Oktyabr 2026

sosial media

İran ABŞ genişmiqyaslı hərbi hücumları bərpa edərsə, daha sərt və geniş cavab verməyə hazırlaşır. Bu barədə üç yüksəkvəzifəli İran rəsmisi və müzakirələrdən məlumatlı mənbə “Reuters”ə danışıb. Mənbələrin sözlərinə görə, İranın hərbi rəhbərliyi mümkün hədəflərin ABŞ-la əlaqəli obyektlərlə məhdudlaşmamasını, ABŞ-nin hərbi əməliyyatlarını dəstəkləyən ölkələri və Yaxın Şərqdən kənardakı məkanları da əhatə etməsini nəzərdən keçirir. Rəsmilər bildiriblər ki, prezident Məsud Pezeşkianın ötən həftə Nyu-Yorkdan qayıtmasından sonra Tehranda mümkün cavabın miqyası və vaxtı müzakirə olunur. Hələlik yekun qərar qəbul edilməsə də, planlaşdırmanın intensivləşdiyi bildirilir. Beynəlxalq Böhran Qrupunun İran üzrə baş analitiki Həmidrza Əzizi deyib ki, Tehran ABŞ prezidenti Donald Trampın yeni genişmiqyaslı hərbi...

Seçilmiş Videolar

Toplum TV loqo