ria.ru
Rusiyanın Dövlət Duması mayın 13-də prezidentə ölkə xaricində həbs olunan vətəndaşları müdafiə etmək üçün ordudan istifadə etməyə icazə verən qanun qəbul edib.
TASS agentliyinin xəbərinə görə, Dumanın 450 üzvündən 381-i qanunun lehinə səs verib. Əleyhinə səs verən və ya bitərəf qalan olmayıb.
Qanun xarici ölkələrdə və ya beynəlxalq məhkəmələrdə mühakimə olunan Rusiya vətəndaşlarını "təqiblərdən qorumağa" hesablanıb.
Dumanın Müdafiə Komitəsinin sədri Andrey Kartapolov qanunu əsaslandırarkən bu yaxınlara qədər Polşada həbsdə olan rus arxeoloq Aleksandr Butyaqini nümunə çəkib.
"Kommersant"a danışan bəzi qanunvericilər isə qanunun Qərb ölkələrinin sanksiyaları altında olan Rusiya gəmilərinin müdafiəsinə kömək edəcəyini deyiblər.
Azərbaycanda da ötən ilin iyulunda Rusiya ilə münasibətlərin pisləşməsindən sonra 8 Rusiya vətəndaşı həbs olunub. Onların əksəriyyətinin məhkəmə prosesi davam edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
FOX
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar