Dünya

Nobel Sülh Mükafatı İsrailin soyqırımı törətdiyini deyən hakimə verilib

9 Oktyabr, 2026
51

açıq mənbə

Bu il Nobel Sülh Mükafatını Beynəlxalq Ədalət Məhkəməsinin hakimi, Cənubi Afrika Respublikasından (CAR) olan Navanetem Pilay qazanıb. 

Norveç Nobel Komitəsinin oktyabrın 9-da yaydığı açıqlamaya görə, 85 yaşlı Pilay “sülh və beynəlxalq hüququn təşviqindəki xidmətlərinə görə” mükafata layiq görülüb. 

Pilay müxtəlif vaxtlarda CAR-ın Ali Məhkəməsində, Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalında və Beynəlxalq Cinayət Məhkəməsində hakim kimi çalışıb. O, 2008-2014-cü illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı, bu yaxınlara qədər isə İşğal Altındakı Fələstin Ərazisi və İsrail üzrə BMT-nin Müstəqil Beynəlxalq Araşdırma Komissiyasının sədri olub. 

BMT komissiyası Pilayın sədrliyi altında ötən ilin sentyabrında İsrailin Qəzzada apardığı müharibə haqqında 72 səhifəlik hesabat hazırlayıb və İsrailin fələstinlilərə qarşı soyqırımı törətdiyini bildirib. 

Mükafatın dekabrın 10-da Osloda laureata təqdim olunacağı gözlənilir. 

Ötən il Nobel Sülh Mükafatına venesuelalı müxalifət lideri Mariya Korina Maçado layiq görülmüşdü. O isə mükafatı ABŞ prezidenti Donald Trampa vermişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

"The Guardian”: “Sanksiya altındakı tankerlər fərqli təyinat ünvanları göstərərək Cənubi Koreyadan Rusiyaya yanacaq daşıyıb”

7 Oktyabr 2026

sosial media

Cənubi Koreya iyul və avqust aylarında Rusiyaya əsasən dizel olmaqla 176 min tondan çox yanacaq tədarük edib. Bu barədə Britaniyanın “The Guardian” nəşri liman sənədləri və gəmilərin hərəkət məlumatlarına əsaslanan araşdırmasında yazıb. Məlumata görə, iki ay ərzində yeddi tanker Rusiyaya 14 səfər edib. Bu tankerlərdən üçü Böyük Britaniya və Avropa İttifaqının sanksiyaları altındadır. Nəşr qeyd edir ki, bəzi gəmilər limandan çıxarkən təyinat məntəqəsi kimi Yaponiya və ya Sinqapuru göstərib, daha sonra isə Rusiyanın Vladivostok limanına istiqamətlənib. Araşdırmaya əsasən, “Layla” tankeri Cənubi Koreyanın Ulsan limanından Vladivostoka iki səfər zamanı ümumilikdə 57 min ton dizel aparıb. Gəmi ikinci səfərindən əvvəl təyinat məntəqəsi...
Dünya

Kreml: “Litvada ABŞ hərbi bazası yaradılarsa, Rusiya tədbir görəcək”

6 Oktyabr 2026

sosial media

Kreml Litvada ABŞ hərbi bazasının yaradılması və ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanın aradan qaldırılması ehtimalının Avropada gərginliyi artıracağını bildirib. Kremlin sözçüsü Dmitri Peskov Litva parlamentinin ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsinə qoyulan konstitusion qadağanın ləğvi ilə bağlı düzəlişi ilkin mərhələdə qəbul etməsinə münasibət bildirib. O, həmçinin ABŞ-nin Litvada daimi hərbi baza yaratmaq ehtimalını şərh edib. “Nə qonşu dövlətin ərazisində nüvə silahlarının yerləşdirilməsi, nə də bu cür hərbi infrastruktur Avropa qitəsində sabitliyə töhfə verəcək”, - o bildirib. Peskovun sözlərinə görə, Rusiya öz təhlükəsizliyini təmin etmək üçün “bütün zəruri tədbirləri” görməyə məcbur olacaq. Oktyabrın 6-da Litva Seymi ölkə ərazisində nüvə silahlarının...

Seçilmiş Videolar

Toplum TV loqo