Siyasət

İsrail şirkəti Azərbaycanda silah zavodu açdığını deyir 

9 Oktyabr, 2026
36

president.az

İsrailin “Ari Arms” şirkəti Azərbaycanda silah zavodu açdığını bildirib.

Şirkət bu barədə oktyabrın 8-də “Linkedin” hesabında xəbər verib. Açıqlamada deyilir ki, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə şərikli idarə olunacaq zavodda “AR-15” silahları istehsal olunacaq və zavod ölkədə Qərb standartlarına uyğun silah istehsalının əsasını qoyacaq. 

Şirkət sentyabrın 30-da Bakıda baş tutan “ADEX 2026” sərgisində sözügedən zavodda istehsal olunan ilk silahın prezident İlham Əliyevə təqdim olunduğunu bildirib. Prezidentin rəsmi saytında isə onun həmin sərgidə iştirak etdiyi və bir neçə İsrail şirkətinin stendləri ilə tanış olduğu qeyd olunsa da, “Ari Arms” şirkətinin adına rast gəlinmir. 

“Ari Arms” “Linkedin” paylaşımında ətraflı məlumat üçün İsrailin “Globes” nəşrinə istinad edib. Nəşrin oktyabrın 8-də dərc etdiyi məqalədə Əliyevin şəxsən zavodun açılışında iştirak etdiyi qeyd olunub. Lakin bir gün sonra məqalə saytdan silinib. 

Müdafiə Sənayesi Nazirliyi yeni zavodla bağlı açıqlama yaymayıb. Nazirlikdən “Toplum TV”nin sorğusuna da yazı yayımlanana qədər cavab verilməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Azərbaycan hökuməti Əli Əliyevə 5200 avro təzminat ödəməyə razılaşıb 

9 Oktyabr 2026

sosial media

Fəaliyyətini dayandırmış Vətəndaş və İnkişaf Partiyasının (VİP) keçmiş sədri Əli Əliyev Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) göndərdiyi şikayətlə bağlı Azərbaycan hökuməti ilə razılığa gəlib.  "Azadlıq Radiosu"nun xəbərinə görə, AİHM ötən ay tərəflərin razılığı əsasında şikayəti baxılan işlər siyahısından çıxarsa da, bu barədə qərar oktyabrın 8-də yayılıb.  Razılaşmaya əsasən, Ə.Əliyev şikayətini geri götürüb, hökumət isə öz növbəsində ona mənəvi zərərə görə 4700, hüquqi xərclərə görə 500 avro təzminat ödəməyi öhdəsinə götürüb.  Ə.Əliyev AİHM-ə ərizəsində 2022-ci ildə həbs olunarkən şəxsinə qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 18-ci (kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyi) maddələri üzrə pozuntuların...
Siyasət

Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb 

9 Oktyabr 2026

sosial media

Həbsdə olan jurnalist Polad Aslanov məktəblərdə hicablı şagirdlər və müəllimlərə qadağa qoyulmasına etiraz olaraq oktyabrın 8-dən aclıq aksiyasına başlayıb.  Jurnalistin bu barədə ictimaiyyətə müraciətini həyat yoldaşı Gülmirə Aslanova sosial media hesabında paylaşıb.  P.Aslanov bir neçə gün əvvəl hicab qadağası ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə açıq müraciət etdiyini xatırladıb.  "Təəssüf ki, keçən müddət ərzində müraciətimə heç bir reaksiya verilmədi, heç bir cavab və münasibət bildirilmədi. ​Sükut və laqeydlik qarşısında susmaq mümkün deyil. ​Mən, şərlənərək həbs olunmuş jurnalist, siyasi məhbus Polad Aslanov — bu gündən [8 oktyabr - red.] etibarən öz övladımın və onun kimi təhsil almaq hüququ məhdudlaşdırılan...

Seçilmiş Videolar

Toplum TV loqo