sosial media
Fəaliyyətini dayandırmış Vətəndaş və İnkişaf Partiyasının (VİP) keçmiş sədri Əli Əliyev Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) göndərdiyi şikayətlə bağlı Azərbaycan hökuməti ilə razılığa gəlib.
"Azadlıq Radiosu"nun xəbərinə görə, AİHM ötən ay tərəflərin razılığı əsasında şikayəti baxılan işlər siyahısından çıxarsa da, bu barədə qərar oktyabrın 8-də yayılıb.
Razılaşmaya əsasən, Ə.Əliyev şikayətini geri götürüb, hökumət isə öz növbəsində ona mənəvi zərərə görə 4700, hüquqi xərclərə görə 500 avro təzminat ödəməyi öhdəsinə götürüb.
Ə.Əliyev AİHM-ə ərizəsində 2022-ci ildə həbs olunarkən şəxsinə qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 18-ci (kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyi) maddələri üzrə pozuntuların tanınmasını istəmişdi.
Həmin vaxt o, əvvəlcə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə 6 aylıq azadlıqdan məhrum edilmişdi. Sonradan isə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun iddiası əsasında onun barəsində yeni hökm çıxarılıb və bu dəfə 148-ci (təhqir) maddə ilə həbs cəzası daha 6 ay uzadılıb. Bir müddət sonra - Bakı İstintaq Təcridxanasında saxlanılarkən siyasətçiyə qarşı növbəti dəfə cinayət işi başlanıb. Bu dəfə o, kamera yoldaşına mübahisə zəminində xəsarət yetirməkdə təqsirləndirilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ə.Əliyev bu ittihamların heç birini qəbul etməyərək siyasi sifarişlə həbs olunduğunu bildirib.
2023-cü il mayın 8-də o, prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. Təxminən ay yarım sonra isə sədrlik etdiyi Vətəndaş və İnkişaf Partiyası fəaliyyətini dayandırması barədə bəyanat yayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır
Bəxtiyar Hacıyev: “300-dən çox siyasi məhbus ‘sülh əsiri’ kimi qəbul edilməlidir”
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”