Siyasət

Avropa Məhkəməsi Rauf Mirqədirova qarşı hüquq pozuntusunu tanıyıb 

9 Oktyabr, 2026
28

sosial media

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) azərbaycanlı jurnalist və siyasi şərhçi Rauf Mirqədirovun şikayətinə baxıb. 

Vəkil Fariz Namazlının yaydığı məlumata görə, oktyabrın 6-da verilən qərarda jurnalistə qarşı hüquq pozuntusu tanınıb və təzminat təyin olunub. 

2014-cü ildə Türkiyədən Azərbaycana deportasiya olunan və dövlətə xəyanət ittihamı ilə həbs olunan R.Mirqədirov AİHM-ə ərizəsində Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməməyindən şikayət edib. O, yerli məhkəmələrin qərarlarının lazımi qaydada əsaslandırılmadığını və etiraz və vəsatətlərinin yetərincə araşdırılmadığını bildirib. 

Avropa Məhkəməsi qərarında qeyd edib ki, yerli məhkəmələr ərizəçinin arqumentlərini dinləməyib və heç bir əsaslandırma təqdim etmədən ekspertiza rəylərini ərizəçinin casusluq fəaliyyətini sübut edən etibarlı dəlillər kimi qəbul edib. 

Məhkəmə hesab edib ki, yerli məhkəmələr ərizəçini məhkum etmək üçün həmin vaxt mövcud olan Milli Təhlükəsizlik Nazirliyinin məktublarına əsaslanıb və onun əsaslı etirazlarını nəzərə almayıb. 

Bununla da, AİHM jurnalistə qarşı aparılmış cinayət icraatının bütövlükdə ədalətli məhkəmə araşdırmasının təminatlarına uyğun olmadığına və konvensiyanın 6.1-ci maddəsinin pozulduğuna qərar verib. 

Məhkəmə mənəvi zərərə görə R.Mirqədirov üçün 3600 avro məbləğində təzminat müəyyən edib. 

R.Mirqədirov 2015-ci ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum olunub. O, 2016-cı ilin martında Bakı Apellyasiya Məhkəməsi tərəfindən cəzasının şərti cəza ilə əvəz olunması ilə azadlığa çıxıb. Özü isə barəsindəki ittihamları rədd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Azərbaycan hökuməti Əli Əliyevə 5200 avro təzminat ödəməyə razılaşıb 

9 Oktyabr 2026

sosial media

Fəaliyyətini dayandırmış Vətəndaş və İnkişaf Partiyasının (VİP) keçmiş sədri Əli Əliyev Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) göndərdiyi şikayətlə bağlı Azərbaycan hökuməti ilə razılığa gəlib.  "Azadlıq Radiosu"nun xəbərinə görə, AİHM ötən ay tərəflərin razılığı əsasında şikayəti baxılan işlər siyahısından çıxarsa da, bu barədə qərar oktyabrın 8-də yayılıb.  Razılaşmaya əsasən, Ə.Əliyev şikayətini geri götürüb, hökumət isə öz növbəsində ona mənəvi zərərə görə 4700, hüquqi xərclərə görə 500 avro təzminat ödəməyi öhdəsinə götürüb.  Ə.Əliyev AİHM-ə ərizəsində 2022-ci ildə həbs olunarkən şəxsinə qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 18-ci (kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyi) maddələri üzrə pozuntuların...
Siyasət

Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb 

9 Oktyabr 2026

sosial media

Həbsdə olan jurnalist Polad Aslanov məktəblərdə hicablı şagirdlər və müəllimlərə qadağa qoyulmasına etiraz olaraq oktyabrın 8-dən aclıq aksiyasına başlayıb.  Jurnalistin bu barədə ictimaiyyətə müraciətini həyat yoldaşı Gülmirə Aslanova sosial media hesabında paylaşıb.  P.Aslanov bir neçə gün əvvəl hicab qadağası ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə açıq müraciət etdiyini xatırladıb.  "Təəssüf ki, keçən müddət ərzində müraciətimə heç bir reaksiya verilmədi, heç bir cavab və münasibət bildirilmədi. ​Sükut və laqeydlik qarşısında susmaq mümkün deyil. ​Mən, şərlənərək həbs olunmuş jurnalist, siyasi məhbus Polad Aslanov — bu gündən [8 oktyabr - red.] etibarən öz övladımın və onun kimi təhsil almaq hüququ məhdudlaşdırılan...

Seçilmiş Videolar

Toplum TV loqo