Nümayəndələr Palatası Rusiya və İrana qarşı “cəhənnəm sanksiyaları” layihəsini qəbul edib
sosial media
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyaları sərtləşdirən qanun layihəsini qəbul edib.
“Current Time” nəşri yazır ki, sənədin lehinə 262, əleyhinə 159 konqresmen səs verib.
Ötən ay Senatda da qəbul olunan layihə imzalanmaq üçün prezident Donald Trampa göndərilib.
“Cəhənnəm sanksiyaları” adlandırılan sənəd Rusiyanın vəzifəli şəxslərinə, maliyyə institutlarına, enerji sektoruna və neft daşımalarında istifadə etdiyi “kölgə donanması”na qarşı məhdudiyyətlər nəzərdə tutur. Layihədə konkret şəxslərin və şirkətlərin adları göstərilmir.
Sənəd prezidentə Rusiya nefti və qazının iri alıcıları olan, həmçinin Moskvaya sanksiyalardan yayınmaqda kömək edən ölkələrə 100 faizədək gömrük rüsumu tətbiq etmək səlahiyyəti verir. Layihə ABŞ-nin İrana qarşı sanksiyalarının müddətini də uzadır.
Demokratların bir hissəsi prezidentin gömrük rüsumları ilə bağlı səlahiyyətlərinin genişləndirilməsinə etiraz edib. Nümayəndələr Palatasında demokratların lideri Hakim Ceffris Rusiyaya təzyiqi dəstəklədiyini, lakin Trampa bu qədər geniş səlahiyyət verilməsinə qarşı olduğunu bildirib.
Layihənin həmmüəllifi, senator Riçard Blumental Rusiya neftinin ən böyük alıcıları olan Hindistan və Çini neft və qazı başqa ölkələrdən almağa çağırıb.
Hindistan Xarici İşlər Nazirliyi isə ölkənin ticarət və iqtisadi maraqlarını qorumaq üçün zəruri tədbirlər görməyə hazır olduğunu açıqlayıb. Nazirlik enerji təhlükəsizliyinin təmin olunması üçün tədarük mənbələrinin şaxələndirilməsinin davam etdiriləcəyini bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Şoyqu Ermənistanı Rusiya sərmayəsi yatırılmış müəssisələri ələ keçirməkdə ittiham edib
sosial media
açıq mənbə
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”