Paşinyan: “Rusiya hərbi bazasını Ermənistandan çıxarsa, etiraz etməyəcəyik”
açıq mənbə
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya Gümrüdəki 102-ci hərbi bazasını çıxarmaq qərarı versə, hökuməti buna etiraz etməyəcək.
“Armenpress”in məlumatına görə, Paşinyan sentyabrın 17-də jurnalistlərlə brifinqdə danışıb. O deyib ki, bazanın çıxarılması məsələsini Ermənistan deyil, Rusiya müzakirəyə çıxarıb.
“Çıxarmaq istəyirlərsə, qoy çıxarsınlar. 2022-ci ilin sentyabr hadisələri göstərdi ki, 102-ci hərbi baza Ermənistanın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşımır”, - baş nazir bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan rəsmiləri rusiyalı həmkarları qarşısında heç vaxt belə bir məsələ qaldırmayıblar. O, Moskva bazanı saxlamaq istəsə, bunu da müzakirə etməyə hazır olduqlarını deyib.
Baş nazir Ermənistanın balanslaşdırılmış xarici siyasət yürütdüyünü vurğulayıb və ölkəsini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxarmaqla hədələməyə ehtiyac olmadığını bildirib.
Sentyabrın 2-də Rusiya prezidenti Vladimir Putin Bişkekdə jurnalistlərlə görüşündə demişdi ki, Ermənistanın bazaya ehtiyacı yoxdursa, Moskva onu “hətta sabah” çıxarmağa hazırdır. Putin Ermənistan tərəfinin istəyəcəyi halda hərbi əməkdaşlığı davam etdirə biləcəklərini də bildirmişdi.
Paşinyan sentyabrın 3-də bu açıqlamaya cavab olaraq Yerevanın bazanın çıxarılması məsələsini qaldırmadığını söyləmişdi.
2022-ci il sentyabrında Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı döyüşlər baş verib. Ermənistan Azərbaycanı öz ərazisinə hücumda ittiham edib, Bakı isə hərbi əməliyyatları Ermənistan tərəfinin təxribatlarına cavab kimi təqdim edib. Hərbi yardım üçün Rusiya və KTMT-yə müraciət edən Yerevan gözlədiyi dəstəyi almadığını, təşkilatın vəziyyəti qiymətləndirmək üçün missiya göndərməklə kifayətləndiyini bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Şoyqu Ermənistanı Rusiya sərmayəsi yatırılmış müəssisələri ələ keçirməkdə ittiham edib
sosial media
Nümayəndələr Palatası Rusiya və İrana qarşı “cəhənnəm sanksiyaları” layihəsini qəbul edib
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”