Foto: açıq mənbə
İran Prezidenti Məsud Pezeşkian İsrailin onu öldürməyə cəhd etdiyini bildirib.
O, bunu amerikalı jurnalist Taker Karlsona iyulun 7-də yayımlanan müsahibədə deyib.
Onun sözlərinə görə, hücum vaxtı o, iclas keçirirmiş və İsrail ordusu iclas keçirilən binanın olduğu ərazini bombalayıb.
"Onlar [İsrail] məni də öldürməyə cəhd etdilər, lakin uğursuzluğa düçar oldular. İnanclı şəxs kimi mən inanıram ki, kimin nə vaxt ölüb-ölməyəcəyinə Allah qərar verir. Allah istəsə, küçədə getdiyiniz yerdə də ölə bilərsiniz. Mən özümü ölkəmin müdafiəsi, suverenliyi və azadlığı üçün qurban verməkdən qorxmuram. Amma sual budur ki, daha çox insan öldürmək bu regiona sülh və əmin-amanlıq gətirəcəkmi?", - Pezeşkian qeyd edib.
Prezident hücum cəhdinin nə vaxt baş verdiyini açıqlamayıb.
Pezeşkian, həmçinin, müsahibədə ölkəsinin ABŞ-lə nüvə proqramı üzrə danışıqlara yenidən qoşulacağını istisna etməyib. Buna baxmayaraq, o, ABŞ-yə etibar etməyin onun başçılıq etdiyi hökumət üçün sual işarəsi olduğunu əlavə edib.
İyunun 13-də İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsilə başlayan münaqişə iyunun 24-də ABŞ-nin vasitəçiliyi ilə başa çatıb.
Münaqişə ərzində ABŞ İranın nüvə obyektlərini bombalayıb.
Habelə, İsrail bir neçə İran hərbi liderini öldürüb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Reuters
Foto: BBC
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
Qaçaqmalçının yekəsi
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb
Azər Qasımlı həbsdə qaldı