Foto: Toplum TV
İyulun 7-də “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən biri, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov ötən dəfəki iclasdakı çıxışına davam edib.
O, çıxışının bu hissəsində İDİ-nin yaranma tarixçəsindən, gənclərin maarifləndirilməsi üçün aparılan təlimlərdən danışıb.
Qurbanov istintaq dövründə ifadə verməməsinə aydınlıq gətirərək deyib ki, istintaq orqanı qondarma sübut toplamaq işi ilə məğul olub və o da buna etiraz edib. O, məhkəmədə ifadə verməsini isə bununla izah edib ki, onun ədalətli mühakimə gözləntisi yoxdur, lakin ən azından cəmiyyəti məlumatlandırmaq istəyir.
Hakim vaxt məhdudiyyətini əsas gətirərək onun çıxışını yarımçıq saxlayıb.
İclasda, həmçinin, Toplum TV əməkdaşı Fərid İsmayılov vəsatətlər qaldırıb. Vəsatətlərin birində o, hökumətyönlü mediada haqqında gedən, istintaq sirri olduğu iddia edilən yazıların araşdırılmasını istəyib. Hakim ondan növbəti iclasda sözügedən yazıların ekran görüntülərini (“skrinşot”) təqdim etməsini istəyib.
Jurnalist digər vəsatətində ötən prosesdə zərərçəkən kimi çıxış edən Dövlət Vergi Xidmətinin “Toplum”çulardan 79 min manat istəməsini prosessual məcəllənin pozuntusu olduğunu bildirib. Hakim isə yalnız təqsirləndirilən şəxslər çıxışlarını bitirdikdən sonra zərərçəkən tərəfə suallar ünvanlana biləcəyini deyib.
Bununla da, hakim vəsatətləri baxılmamış saxlayıb.
Prosesin davamı iyulun 14-ü saat 10:00-a təyin olunub.
“Toplum TV işi“ üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında təxminən 30 jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Azərbaycan hakimiyyəti isə heç kimi peşə fəaliyyətinə və ya siyasi fəaliyyətinə görə təqib etmədiyini, ölkədə bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto: açıq mənbə
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
Qaçaqmalçının yekəsi
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb
Azər Qasımlı həbsdə qaldı