Manşet

Xəstə anasını xaricə aparmalı olan siyasətçinin ölkədən çıxışına "stop" qoyulub

7 İyul, 2025
466

Foto: sosial media

III Respublika Platformasının və NİDA Vətəndaş Hərəkatının üzvü Araz Əliyevin ölkədən çıxışına məhdudiyyət qoyulub. 

O, bu barədə iyulun 7-də "Facebook" səhifəsində xəbər verib. 

Siyasətçi bildirir ki, bu barədə  onkoloji xəstəliyi olan anasını ölkə xaricinə aparmaq istəyərkən öyrənib.

"Anam 6 aydır ki, onkoloji xəstədir. Ağır əməliyyat keçirib və hazırda kimoterapiya alır. Lakin Azərbaycan səhiyyəsinin "peşəkarlığı" sayəsində müalicə nəticə vermir. Son günlər vəziyyəti daha da pisləşib. Qan dəyərləri yüksəlmir. Heç kim də məntiqli açıqlama vermir. Məcbur və təcili anamı ölkə xaricinə aparmalıyam. Lakin hava limanında aydın olur ki, ölkədən çıxışıma "stop" qoyulub. Xəstə anam mən olmadan çətin ki, harasa getsin və müalicə ala bilsin. İndi biz neyləməliyik? Göz görə-görə anamın ölməyini gözləməliyəm mən?", - o sual edib. 

Əliyev qeyd edib ki, o, heç bir cinayət işində təqsirləndirilmir və "stop"un səbəbi ona aydın deyil.

III Respublika Platforması 2023-cü ilin dekabrında, növbədənkənar prezident seçkisi ərəfəsində vətəndaş cəmiyyəti üzvləri tərəfindən yaradılıb. 

III Respublika Platformasının spikeri kimi Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov seçilib, lakin o, 2024-cü ilin martında "Toplum TV işi" çərçivəsində həbs olunub. 

Platformanın digər üzvü Ruslan İzzətli də "Toplum TV işi" çərçivəsində həbsdədir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo