Məhkəmə

“Məhbuslar isti su üzünə həsrətdir, ibadət edə bilmir”

7 İyul, 2025
103

Foto: açıq mənbə

Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində (MSY) saxlanılan şəxslərin hamam və namaz otağından istifadə etməsinə icazə verilmədiyi bildirilir.
Toplum TV-yə daxil olan anonim məktubda qeyd olunur ki, istintaq hərəkətlərinin aparılması məqsədilə hər ay 10 gün müddətinə Bakı İstintaq Təcridxanasından Yasamal RPİ-nin MSY-nə gətirilən şəxslər isti havada natəmiz şəraitdə saxlanılır, onlara yuyunmaq imkanı yaradılmır.
“İsti hava, natəmizlik olmasına baxmayaraq hamamdan istifadə etməyə icazə verilmir. Bu natəmiz yerdə namaz qılmamaq üçün ibadət otağına getmək istəsək də, ona da icazə verilmir”, – deyə məktubda qeyd olunur.

Mənbənin sözlərinə görə, məhbuslar məcbur qalıb soyuq su ilə çimirlər və bu da onların tez-tez xəstələnməsinə səbəb olur.
“Rəis heyətinə edilən şikayətlər nəticə vermir. İbadətlərini ya natəmiz şəraitdə edirlər, ya da edə bilmirlər”, – məktubda qeyd edilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
Hüquqşünas Səməd Rəhimli Toplum TV-yə deyir ki, məhbuslara isti sudan istifadəyə icazə verilməməsi onların ibadət hüququnun pozuntusudur. 
“Ümumiyyətlə, MSY-lərlə bağlı problem bundan ibarətdir ki, orada saxlanılma ilə bağlı normal bir tənzimləmə yoxdur. Sadəcə saxlanılan şəxslərin aparılıb-gətirilməsi ilə bağlı bir tənzimləmə var. Amma həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanun, eləcə də dini etiqad azadlığı haqqında qanun məhbusların vicdan azadlığı çərçivəsində ibadət hüququnu tənzimləyir. Bu qanunvericiliyə uyğun olaraq, məhbusların ibadət etməsinə şərait yaradılmalıdır”, - o bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

16 gündür aclıq edən Hacı Vəliyevin səhhətinin pisləşdiyi deyilir

7 İyul 2025

Foto: sosial media

Həbsdə olan İkinci Qarabağ Müharibəsi iştirakçısı və"Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri olmuş Hacı Vəliyevin səhhətinin pisləşdiyi bildirilir.  Bu barədə onun hüquqlarını müdafiə edən “Facebook” səhifəsində məlumat verilib.  Məlumatda deyilir ki, 16 gündür aclıq edən Vəliyev iyulun 7-də ailə üzvləri ilə telefon danışığında vəziyyətinin pisləşdiyini və mədə ağrılarının şiddətləndiyini deyib. Onun danışmaqda çətinlik çəkdiyi də qeyd edilir.  Vəliyev iyunun 21-dən “ədalətsiz mühakiməsinə qarşı” aclıq aksiyası keçirir. Daha əvvəl vəkilləri onun yeriməkdə çətinlik çəkdiyini bildirmişdilər.  Hacı Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.  O, Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq...
Məhkəmə

“Toplum TV işi”: Hökumətyönlü mediadakı yazıların araşdırılması istənib 

7 İyul 2025

Foto: Toplum TV

İyulun 7-də “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub.  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən biri, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov ötən dəfəki iclasdakı çıxışına davam edib.  O, çıxışının bu hissəsində İDİ-nin yaranma tarixçəsindən, gənclərin maarifləndirilməsi üçün aparılan təlimlərdən danışıb.  Qurbanov istintaq dövründə ifadə verməməsinə aydınlıq gətirərək deyib ki, istintaq orqanı qondarma sübut toplamaq işi ilə məğul olub və o da buna etiraz edib. O, məhkəmədə ifadə verməsini isə bununla izah edib ki, onun ədalətli mühakimə gözləntisi yoxdur, lakin ən azından cəmiyyəti məlumatlandırmaq istəyir.  Hakim vaxt məhdudiyyətini əsas gətirərək...

Seçilmiş Videolar

Toplum TV loqo