Məhkəmə

16 gündür aclıq edən Hacı Vəliyevin səhhətinin pisləşdiyi deyilir

7 İyul, 2025
29

Foto: sosial media

Həbsdə olan İkinci Qarabağ Müharibəsi iştirakçısı və"Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri olmuş Hacı Vəliyevin səhhətinin pisləşdiyi bildirilir. 

Bu barədə onun hüquqlarını müdafiə edən “Facebook” səhifəsində məlumat verilib. 

Məlumatda deyilir ki, 16 gündür aclıq edən Vəliyev iyulun 7-də ailə üzvləri ilə telefon danışığında vəziyyətinin pisləşdiyini və mədə ağrılarının şiddətləndiyini deyib. Onun danışmaqda çətinlik çəkdiyi də qeyd edilir. 

Vəliyev iyunun 21-dən “ədalətsiz mühakiməsinə qarşı” aclıq aksiyası keçirir. Daha əvvəl vəkilləri onun yeriməkdə çətinlik çəkdiyini bildirmişdilər. 

Hacı Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

O, Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq və özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddələri ilə ittiham olunur. 

Vəliyev müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınır.

O, martın 18-də polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini ictimailəşdirmişdi.

Vəliyev mayın 14-də məhkəmədə çıxışında deyib ki, o, "ictimai fəaliyyətinə, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial rifah məsələlərini dövlət qurumları qarşısında qaldırdığına və məmurları tənqid etdiyinə" görə həbs olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

“Toplum TV işi”: Hökumətyönlü mediadakı yazıların araşdırılması istənib 

7 İyul 2025

Foto: Toplum TV

İyulun 7-də “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub.  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən biri, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov ötən dəfəki iclasdakı çıxışına davam edib.  O, çıxışının bu hissəsində İDİ-nin yaranma tarixçəsindən, gənclərin maarifləndirilməsi üçün aparılan təlimlərdən danışıb.  Qurbanov istintaq dövründə ifadə verməməsinə aydınlıq gətirərək deyib ki, istintaq orqanı qondarma sübut toplamaq işi ilə məğul olub və o da buna etiraz edib. O, məhkəmədə ifadə verməsini isə bununla izah edib ki, onun ədalətli mühakimə gözləntisi yoxdur, lakin ən azından cəmiyyəti məlumatlandırmaq istəyir.  Hakim vaxt məhdudiyyətini əsas gətirərək...
Məhkəmə

“Məhbuslar isti su üzünə həsrətdir, ibadət edə bilmir”

7 İyul 2025

Foto: açıq mənbə

Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində (MSY) saxlanılan şəxslərin hamam və namaz otağından istifadə etməsinə icazə verilmədiyi bildirilir. Toplum TV-yə daxil olan anonim məktubda qeyd olunur ki, istintaq hərəkətlərinin aparılması məqsədilə hər ay 10 gün müddətinə Bakı İstintaq Təcridxanasından Yasamal RPİ-nin MSY-nə gətirilən şəxslər isti havada natəmiz şəraitdə saxlanılır, onlara yuyunmaq imkanı yaradılmır. “İsti hava, natəmizlik olmasına baxmayaraq hamamdan istifadə etməyə icazə verilmir. Bu natəmiz yerdə namaz qılmamaq üçün ibadət otağına getmək istəsək də, ona da icazə verilmir”, – deyə məktubda qeyd olunur. Mənbənin sözlərinə görə, məhbuslar məcbur qalıb soyuq su ilə çimirlər və bu da onların tez-tez xəstələnməsinə...

Seçilmiş Videolar

Toplum TV loqo