Dünya

Pezeşkian paytaxtı Tehrandan köçürmək istəyir 

3 Oktyabr, 2025
256

Foto: AFP

İran prezidenti Məsud Pezeşkian paytaxtı Tehrandan ölkənin cənubuna köçürmək istəyir. 

O, bu istəyini oktyabrın 2-də İran körfəzi sahilində yerləşən Hormozqan vilayətinə səfəri zamanı dilə gətirib. 

Prezident bildirib ki, Tehran şəhərinin həddindən artıq böyüməsi, kifayət qədər su təchizatının olmaması və torpaq çökməsi təhlükəsinin artması səbəbindən İranın paytaxtını ölkənin cənubuna köçürməkdən "başqa çıxış yolu yoxdur". 

Pezeşkian bu təklifi ötən il ali lider Ayətullah Əli Xameneiyə çatdırdığını da əlavə edib. 

O etiraf edib ki, bu məsələ çoxlu tənqidlərə səbəb olub, lakin resurs böhranlarının dərin olduğunu vurğulayıb. 

“Hormozqan bölgəsi Fars körfəzinin sahillərində yerləşir və açıq sulara birbaşa çıxışla yanaşı, ticarət və iqtisadi əlaqələrin inkişafını da təmin edir. Əgər biz bu bölgənin imkanlarına fərqli baxışla yanaşsaq, çox firavan və inkişaf etmiş bir bölgə yarada bilərik. Mövcud vəziyyətlə kifayətlənmək və gələcək üçün elmi, dəqiq və yerli bir xəritə tərtib etməmək kifayət qədər yaxşı deyil", – o deyib.

“Ölkənin hazırda üzləşdiyi problemlər bizi inkişaf yolunu Fars körfəzinə yönəltməyə məcbur edir. Tehran, Kərəc və Qəzvin hazırda su böhranı yaşayır və bu böhranı asanlıqla həll etmək mümkün deyil", - Pezeşkian əlavə edib. 

Tehran artıq 10 milyondan çox əhalisi olan bir şəhərə çevrilib və İranın su ehtiyatlarının təxminən dörddə birini istehlak edir.

Tehranın su ehtiyatlarının 70%-i, adətən, paytaxtın su bəndlərindən, qalan 30%-i isə yeraltı mənbələrdən təmin olunurdu. Lakin az yağıntı və artan buxarlanma nəticəsində bəndlərin payı azalıb, yeraltı sulara isə təzyiq artıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Paşinyan: "Ermənistan tezliklə Aİ üzvlüyünə müraciətə başlayacaq"

24 Avqust 2026

sosial media

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı ümumxalq referendumunun keçiriləcəyinə əmin olduğunu bildirib. Paşinyan bunu Milli Assambleyadakı çıxışı zamanı deyib. Onun sözlərinə görə, əsas məsələ referendumun nə vaxt keçirilməsidir. Baş nazir vurğulayıb ki, vaxt məsələsi yalnız təşkilati deyil, həm də mahiyyət baxımından əhəmiyyət daşıyır. “Ermənistan ilk növbədə Aİ-yə üzvlüklə bağlı rəsmi müraciət təqdim etməlidir. Ola bilsin ki, tezliklə Aİİ-dəki tərəfdaşlarımızın çağırışlarını nəzərə alaraq bu prosesə başlayaq”, - Paşinyan deyib. O qeyd edib ki, referendum Ermənistan Aİ-yə üzvlük üçün rəsmi müraciət etdikdən, bu müraciətə cavab aldıqdan və üzvlük prosesi ilə bağlı yol xəritəsi əldə etdikdən sonra...
Dünya

Tramp xaricdən gətirilən dronlara 100 faizə qədər rüsum tətbiq edib

14 Avqust 2026

sosial media

ABŞ prezident Donald Tramp pilotsuz uçuş aparatları (PUA) və onların komponentlərinin idxalına yeni gömrük rüsumları tətbiq ediləcəyini açıqlayıb. Administrasiya bu addımı ABŞ-nin dron təchizatında xarici istehsalçılardan həddindən artıq asılı olması ilə əsaslandırır. Ağ Evin yaydığı məlumata görə, Tramp bununla bağlı fərman imzalayıb.  Fərmana əsasən, milli təhlükəsizlik baxımından həssas hesab olunan, müəyyən texniki göstəricilərə malik dronlara 100 faizlik advalor (gömrük dəyərinə mütənasib) rüsum, daha kiçik dronlara isə 25 faizlik gömrük rüsumu tətbiq ediləcək. Bundan əlavə, Avropa İttifaqı, Yaponiya, Lixtenşteyn, Cənubi Koreya, İsveçrə və Tayvandan idxal olunan dronlar və onların komponentləri üçün 15 faiz, Böyük Britaniyadan gətirilən pilotsuz uçuş aparatları üçün isə...

Seçilmiş Videolar

Toplum TV loqo