Dünya

Qafqaz Müsəlmanları İdarəsi: “Yerevandakı Göy məsciddə keçirilən mərasim vandalizm təzahürüdür”

12 noyabr, 2026
17

Yerevantsi

Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Yerevandakı Göy məsciddə keçirilən mərasimi və məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsin adının verilməsini pisləyib.
Hər iki qurum noyabrın 11-də bununla bağlı bəyanat yayıb. Qafqaz Müsəlmanları İdarəsi baş verənləri “aşkar vandalizm təzahürü və təxribat” adlandırıb.

Noyabrın 9-da İranın Ermənistandakı səfirliyinin Mədəniyyət Mərkəzi Yerevandakı Göy məsciddə tədbir təşkil edib. Tədbirdə fars şairi Firdovsinin “Şahnamə” dastanının erməni dilinə tərcüməsi təqdim olunub. Həmçinin məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsin adı verilib və onun büstünün qoyulacağı bildirilib.
Mərasimdə İranın vitse-prezidenti Həmid Purməhəmmədi də iştirak edib.

Qafqaz Müsəlmanları İdarəsi Ermənistan hökumətini oxşar tədbirlərin qarşısını almağa çağırıb. Qurum hesab edir ki, mərasim İslam ənənələrini pozub və məscidin tarixi irsini təhrif edib.
“Mədəni xalqlar hər hansı kitab təqdimatını başqa dinə mənsub ibadət məkanında deyil, öz mədəniyyət ocaqlarında keçirirlər. Mədəni tədbir adı altında məsciddə şou düzənləmək heç kəsə başucalığı gətirə bilməz”, - bəyanatda deyilir.

İdarə bildirib ki, belə hallar Azərbaycanla Ermənistan arasındakı sülh prosesini şübhə altına alır və revanşist qüvvələrin maraqlarına xidmət edir.
DQİDK isə vurğulayıb ki, Göy məscid XVIII əsrdə İrəvan xanlığı dövründə, Hüseynəli xanın hakimiyyəti illərində inşa edilmiş Azərbaycan memarlığı və dini irsinin mühüm nümunəsidir. Abidə tarixdə “Göy məscid”, “Göy cami” və “Hüseynəli xan məscidi” adları ilə tanınıb.
“İstənilən mədəni irs nümunəsinin hansısa ölkənin vəsaiti hesabına bərpası onun həmin ölkəyə məxsusluğunu iddia etmək üçün əsas sayılmır. Göy məscidin tarixi kimliyi onun inşa edildiyi dövr, İrəvan xanlığı və şəhərin Azərbaycan mədəni irsi ilə bağlılığı əsasında qiymətləndirilməlidir. Abidənin “fars məscidi” kimi təqdim olunması, adının və tarixi kontekstinin dəyişdirilməsi cəhdləri elmi-tarixi yanaşmaya deyil, siyasi məqsədlərə xidmət edir”, - qurumun bəyanatında qeyd olunub.

Ermənistan hakimiyyəti ittihamlara hələlik münasibət bildirməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Əbu-Dabi danışıqları: Ukrayna və Rusiya yalnız əsir mübadiləsi üzrə razılığa gəlib

12 noyabr 2026

sosial media

Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında noyabrın 11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə danışıqların ikinci günü keçirilib. “Reuters”in məlumatına görə, iki günlük görüşlərdə tərəflər hərbi əsirlərin genişmiqyaslı mübadiləsi ilə bağlı prinsipial razılığa gəlsələr də, ərazi məsələləri və müharibənin dayandırılması ilə bağlı razılaşma əldə olunmayıb. Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov bildirib ki, ikinci gün danışıqlar əvvəlcə üçtərəfli formatda, daha sonra isə Avropa tərəfdaşları ilə ayrıca keçiriləcək. Bildirilir ki, danışıqların ikinci günündə Rusiya nümayəndə heyəti atəşkəs, ərazi məsələləri, enerji infrastrukturu və Qara dənizdə təhlükəsizlik mövzularını müzakirə etməkdən imtina edib. “RBC-Ukraine” nəşri Ukrayna nümayəndə heyətinə yaxın mənbələrə istinadən yazıb ki, Rusiya...
Dünya

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib

12 noyabr 2026

primeminister.am

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilib. Bunu noyabrın 11-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. Onun sözlərinə görə, qərar qəbul olunub və yaxın vaxtlarda təşkilatın məsul katibi bunu elan etməlidir. “Ermənistan bir neçə ildir öhdəliklərini yerinə yetirmədiyi üçün və təşkilatın nizamnaməsini rəhbər tutaraq, ona səsvermə hüququnun, eləcə də KTMT-də məsul vəzifələrə öz nümayəndələrini təyin etmək hüququnun verilməməsi təklif edilib və bu qərar qəbul olunub”, - Peskov bildirib. Yerevan 2024-cü ildə Qarabağ Azərbaycanın nəzarətinə qaytarıldıqdan qısa müddət sonra KTMT-də iştirakını “dondurub”, daha sonra isə təşkilatdan tezliklə çıxacağını bəyan edib. Ermənistan hakimiyyəti təşkilatdakı tərəfdaşlarını müttəfiqlik öhdəliklərini yerinə...

Seçilmiş Videolar

Toplum TV loqo