foto:şəxsi arxivi
“Abzas Media”nın direktoru, 9 il azadlıqdan məhrum edilən Ülvi Həsənlinin artıq 10 gündür cərimə kamerasında (“kars”) saxlanıldığı deyilir.
Bu barədə nəşrin baş redaktoru Günel Səfərova noyabrın 11-də sosial media hesabında məlumat yayıb.
Səfərovanın sözlərinə görə, Həsənlidən müxtəlif cəzaçəkmə müəssisələrindən “Abzas Media”ya daxil olan məhbus şikayətlərinin saytdan silinməsi tələb olunur:
“Həbsxanalardakı problemləri həll etmək əvəzinə, onları ictimailəşdirən medianın həbsdə olan jurnalistlərinə təzyiq göstərmək çıxış yolu deyil”, - G.Səfərova bildirib.
Noyabrın 3-də Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva onun bir gün əvvəl 10 saylı Cəzaçəkmə Müəssisəsinin cərimə kamerasına salındığını bildirmişdi. O, Həsənlinin məhbusların şikayətləri əsasında hazırlanan materiallarla əlaqədar müəssisə rəhbərliyi tərəfindən təhdid olunduğunu iddia etmişdi. Quliyevanın sözlərinə görə, müəssisə rəisinin müavini Kamran Şahsuvarov digər məhbusları Həsənliyə qarşı qızışdırır, aralarında narazılıq yaratmağa çalışır. “Rəhbərlik haqqında yazılar gedən məhbusları hədələyib məcbur edirlər ki, Ülviyə desinlər, saytdan yazıları sildirsin”, - o qeyd etmişdi.
İddialarla bağlı Penitensiar Xidmətdən məlumat almaq mümkün olmayıb.
Ülvi Həsənli 2023-cü il noyabrın 20-də saxlanılıb. Daha sonra “Abzas Media işi” çərçivəsində nəşrin baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova, həmçinin “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs olunublar.
Ülvi Həsənli və iş üzrə digər təqsirləndirilən şəxslərə qaçaqmalçılıq və müxtəlif maliyyə cinayətləri ilə bağlı ittihamlar irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il iyunun 20-də çıxardığı hökmə əsasən, Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
“Abzas Media işi” üzrə təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
Toplum TV
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir