Əbu-Dabi danışıqları: Ukrayna və Rusiya yalnız əsir mübadiləsi üzrə razılığa gəlib
sosial media
Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında noyabrın 11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə danışıqların ikinci günü keçirilib. “Reuters”in məlumatına görə, iki günlük görüşlərdə tərəflər hərbi əsirlərin genişmiqyaslı mübadiləsi ilə bağlı prinsipial razılığa gəlsələr də, ərazi məsələləri və müharibənin dayandırılması ilə bağlı razılaşma əldə olunmayıb.
Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov bildirib ki, ikinci gün danışıqlar əvvəlcə üçtərəfli formatda, daha sonra isə Avropa tərəfdaşları ilə ayrıca keçiriləcək.
Bildirilir ki, danışıqların ikinci günündə Rusiya nümayəndə heyəti atəşkəs, ərazi məsələləri, enerji infrastrukturu və Qara dənizdə təhlükəsizlik mövzularını müzakirə etməkdən imtina edib. “RBC-Ukraine” nəşri Ukrayna nümayəndə heyətinə yaxın mənbələrə istinadən yazıb ki, Rusiya tərəfi müzakirələrin əsas istiqamətini Avropanın gələcək təhlükəsizlik arxitekturasına yönəltməyə çalışıb.
Nəşrin məlumatına görə, Moskva 2021-ci ilin dekabrında irəli sürdüyü təhlükəsizlik tələblərinə qayıtmaq niyyətindədir. Həmin tələblər NATO-nun genişlənməsinin dayandırılmasını və Alyansın 1997-ci ildən sonra üzvlüyə qəbul etdiyi ölkələrdə hərbi mövcudluğunun məhdudlaşdırılmasını nəzərdə tutur.
Əbu-Dabidə Ukrayna nümayəndə heyəti ABŞ və Rusiya ilə üçtərəfli görüşdən sonra Avropa ölkələrinin nümayəndələri ilə də məsləhətləşmələr aparıb. “Interfax-Ukraine” Ukrayna Xarici Kəşfiyyat Xidmətinə istinadən bildirib ki, noyabrın 11-də Ukrayna və Avropa nümayəndələrinin görüşü başa çatıb, birgə bəyanat hazırlanıb.
Avropa İttifaqı gələcək razılaşmaların Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqil qərarvermə hüququna hörmət əsasında əldə olunmalı olduğunu bəyan edib.
Rusiya nümayəndə heyəti Avropa və NATO təmsilçiləri ilə ayrıca görüş keçirməyib.
ABŞ nümayəndəsi Cared Kuşner danışıqların çətin keçdiyini, tərəflər arasında etimad çatışmazlığının əsas problemlərdən biri olduğunu bildirib. Ərazi məsələləri üzrə fikir ayrılıqları qalır. Ukrayna Rusiyanın Donbasın tamamilə təhvil verilməsi tələbini qəbul etmir.
İki günlük görüşlərin nəticəsində hərbi əsirlərin genişmiqyaslı mübadiləsi barədə prinsipial razılıq əldə edilib. Atəşkəs, ərazi məsələləri və Ukraynanın gələcək təhlükəsizlik təminatları ilə bağlı danışıqlar isə davam edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Qafqaz Müsəlmanları İdarəsi: “Yerevandakı Göy məsciddə keçirilən mərasim vandalizm təzahürüdür”
Yerevantsi
primeminister.am
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir