sosial media
Müsavat Partiyasının və Milli Şuranın üzvü, həbsdə olan Tofiq Yaqublunun ailəsi ondan narahatdır.
Siyasətçinin qızı Nigar Həzi noyabrın 12-də sosial media hesabında yazıb ki, atası adətən zəng günləri saat 10-11 arası evə zəng edir. Onun sözlərinə görə, həmin vaxtdan iki saatdan çox keçməsinə baxmayaraq, Yaqublu ailəsi ilə əlaqə saxlamayıb.
“Ayın 10-u ata ilə görüşəndə həbsxanada ona qarşı təzyiqlərin yenidən başladığını demişdi. Bu təzyiqlər Sahib Rzayev Penitensiar Xidmətə yeni rəis təyin olunandan sonra başlayıb. Mən görüş günü bunu ictimailəşdirmədim. Düşündüm ki, səngiyər. Ancaq bu gün atanın evə zəng etməməsi bizdə ciddi narahatlıq və onun başına nəsə gəldiyi ehtimalını yaradır”, - Nigar Həzi yazıb.
O, atasının saxlanıldığı həbsxanadakı şəraitdən də narazılıq edib:
“Onsuz da saxlanıldığı həbsxana olduqca dəhşətli yerdir. Yarımqapalı rejim, antisanitariya, üstəlik də bitib-tükənməyən təzyiqlər. Sözsüz ki, Tofiq Yaqubluya qarşı təzyiqlərin sifarişi Prezident Administrasiyasından gəlir. Görünən odur ki, Penitensiar Xidmətin yeni rəisi Sahib Rzayev də yeni vəzifəsinin ‘haqqını’ layiqincə vermək, yuxarıdakıların gözünə girmək üçün Tofiq Yaqubluya qarşı təzyiq göstərilməsini tapşırıb”.
“Toplum TV” deyilənlərlə bağlı Penitensiar Xidmətdən münasibət öyrənə bilməyib.
Tofiq Yaqublu ötən il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. O, külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə ittihamları ilə təqsirli bilinib. Yaqublu ittihamları siyasi motivli sayır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
foto:şəxsi arxivi
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
Toplum TV
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir