Dünya

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib

12 noyabr, 2026
19

primeminister.am

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilib. Bunu noyabrın 11-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
Onun sözlərinə görə, qərar qəbul olunub və yaxın vaxtlarda təşkilatın məsul katibi bunu elan etməlidir.
“Ermənistan bir neçə ildir öhdəliklərini yerinə yetirmədiyi üçün və təşkilatın nizamnaməsini rəhbər tutaraq, ona səsvermə hüququnun, eləcə də KTMT-də məsul vəzifələrə öz nümayəndələrini təyin etmək hüququnun verilməməsi təklif edilib və bu qərar qəbul olunub”, - Peskov bildirib.

Yerevan 2024-cü ildə Qarabağ Azərbaycanın nəzarətinə qaytarıldıqdan qısa müddət sonra KTMT-də iştirakını “dondurub”, daha sonra isə təşkilatdan tezliklə çıxacağını bəyan edib. Ermənistan hakimiyyəti təşkilatdakı tərəfdaşlarını müttəfiqlik öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

Bununla belə, Ermənistan hakimiyyəti KTMT-dən çıxış proseduruna başlamayıb. Amma ölkə 2024-cü ildən üzvlük haqlarını ödəməyi dayandırıb. Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı ilin iyununda bu ödənişləri etməyi planlaşdırmadıqlarını bildirib. Bundan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT ölkələrinin üzvlük haqlarının ödənilməməsi ilə əlaqədar Ermənistana qarşı mümkün tədbirləri nəzərdən keçirmək barədə razılaşdıqlarını açıqlayıb.

Paşinyanın Avropa İttifaqı ilə yaxınlaşma planları barədə bəyanatları və parlament seçkiləri fonunda Rusiya 2026-cı ilin yazının sonundan Ermənistana iqtisadi təzyiq göstərməyə başlayıb. Ölkədən süd məhsulları, meyvə-tərəvəz, gül, spirtli içkilər, su və balıq məhsullarının idxalına məhdudiyyətlər tətbiq edilib.
Rusiya prezidenti Vladimir Putin Yerevandan Avropa İttifaqına üzvlük məsələsində daha tez qərar verməyi tələb edib ki, Moskva “münasibətləri bundan sonra necə inkişaf etdirməyi” müəyyənləşdirə bilsin.

KTMT altı postsovet ölkəsini - Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanı birləşdirir. Qurumun əsas məqsədi üzv ölkələri xarici silahlı hücumlardan qorumaqdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Əbu-Dabi danışıqları: Ukrayna və Rusiya yalnız əsir mübadiləsi üzrə razılığa gəlib

12 noyabr 2026

sosial media

Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında noyabrın 11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə danışıqların ikinci günü keçirilib. “Reuters”in məlumatına görə, iki günlük görüşlərdə tərəflər hərbi əsirlərin genişmiqyaslı mübadiləsi ilə bağlı prinsipial razılığa gəlsələr də, ərazi məsələləri və müharibənin dayandırılması ilə bağlı razılaşma əldə olunmayıb. Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov bildirib ki, ikinci gün danışıqlar əvvəlcə üçtərəfli formatda, daha sonra isə Avropa tərəfdaşları ilə ayrıca keçiriləcək. Bildirilir ki, danışıqların ikinci günündə Rusiya nümayəndə heyəti atəşkəs, ərazi məsələləri, enerji infrastrukturu və Qara dənizdə təhlükəsizlik mövzularını müzakirə etməkdən imtina edib. “RBC-Ukraine” nəşri Ukrayna nümayəndə heyətinə yaxın mənbələrə istinadən yazıb ki, Rusiya...
Dünya

Qafqaz Müsəlmanları İdarəsi: “Yerevandakı Göy məsciddə keçirilən mərasim vandalizm təzahürüdür”

12 noyabr 2026

Yerevantsi

Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Yerevandakı Göy məsciddə keçirilən mərasimi və məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsin adının verilməsini pisləyib. Hər iki qurum noyabrın 11-də bununla bağlı bəyanat yayıb. Qafqaz Müsəlmanları İdarəsi baş verənləri “aşkar vandalizm təzahürü və təxribat” adlandırıb. Noyabrın 9-da İranın Ermənistandakı səfirliyinin Mədəniyyət Mərkəzi Yerevandakı Göy məsciddə tədbir təşkil edib. Tədbirdə fars şairi Firdovsinin “Şahnamə” dastanının erməni dilinə tərcüməsi təqdim olunub. Həmçinin məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsin adı verilib və onun büstünün qoyulacağı bildirilib. Mərasimdə İranın vitse-prezidenti Həmid Purməhəmmədi də iştirak edib. Qafqaz Müsəlmanları İdarəsi Ermənistan hökumətini oxşar...

Seçilmiş Videolar

Toplum TV loqo