Dünya

"The Guardian”: “Sanksiya altındakı tankerlər fərqli təyinat ünvanları göstərərək Cənubi Koreyadan Rusiyaya yanacaq daşıyıb”

7 Oktyabr, 2026
17

sosial media

Cənubi Koreya iyul və avqust aylarında Rusiyaya əsasən dizel olmaqla 176 min tondan çox yanacaq tədarük edib.

Bu barədə Britaniyanın “The Guardian” nəşri liman sənədləri və gəmilərin hərəkət məlumatlarına əsaslanan araşdırmasında yazıb.

Məlumata görə, iki ay ərzində yeddi tanker Rusiyaya 14 səfər edib. Bu tankerlərdən üçü Böyük Britaniya və Avropa İttifaqının sanksiyaları altındadır.

Nəşr qeyd edir ki, bəzi gəmilər limandan çıxarkən təyinat məntəqəsi kimi Yaponiya və ya Sinqapuru göstərib, daha sonra isə Rusiyanın Vladivostok limanına istiqamətlənib.

Araşdırmaya əsasən, “Layla” tankeri Cənubi Koreyanın Ulsan limanından Vladivostoka iki səfər zamanı ümumilikdə 57 min ton dizel aparıb. Gəmi ikinci səfərindən əvvəl təyinat məntəqəsi kimi Yaponiyanın Niiqata limanını göstərib.

Sanksiyaya məruz qalan “Astoria” tankerinin də Yaponiyaya getdiyini bildirdiyi, lakin sonradan Vladivostoka çatdığı deyilir. Digər tanker - “Chongchon” isə Yosu limanı yaxınlığında dənizdə başqa gəmidən təxminən 26 min ton yanacaq qəbul etdikdən sonra, sənədlərdə Sinqapur göstərilsə də, Vladivostoka yönəlib.

Liman sənədlərindən yanacağın satıcısını və sahibini müəyyənləşdirmək mümkün olmayıb. “Kpler” analitik şirkətinin məlumatına görə, Rusiyaya gətirilən neft məhsullarının alıcıları arasında “Rosneft” və NNK qrupu da var.

CREA-nın “Kpler” məlumatları əsasında hesablamasına görə, Rusiya avqustda dəniz yolu ilə 368 min ton neft məhsulu idxal edib. Bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından bəri ən yüksək aylıq göstəricidir. Bunun 112 min tonu, yəni 31 faizi Cənubi Koreyanın payına düşüb.

“The Guardian” tədarükün artmasını Ukrayna dronlarının zərbələrindən sonra Rusiya neft emalı zavodlarında yaranan fasilələrlə əlaqələndirir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Rusiyada neft emalı iyunda 20 ildən çox müddətin ən aşağı səviyyəsinə düşüb, dizel istehsalı isə illik müqayisədə təxminən 30 faiz azalıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Kreml: “Litvada ABŞ hərbi bazası yaradılarsa, Rusiya tədbir görəcək”

6 Oktyabr 2026

sosial media

Kreml Litvada ABŞ hərbi bazasının yaradılması və ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanın aradan qaldırılması ehtimalının Avropada gərginliyi artıracağını bildirib. Kremlin sözçüsü Dmitri Peskov Litva parlamentinin ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsinə qoyulan konstitusion qadağanın ləğvi ilə bağlı düzəlişi ilkin mərhələdə qəbul etməsinə münasibət bildirib. O, həmçinin ABŞ-nin Litvada daimi hərbi baza yaratmaq ehtimalını şərh edib. “Nə qonşu dövlətin ərazisində nüvə silahlarının yerləşdirilməsi, nə də bu cür hərbi infrastruktur Avropa qitəsində sabitliyə töhfə verəcək”, - o bildirib. Peskovun sözlərinə görə, Rusiya öz təhlükəsizliyini təmin etmək üçün “bütün zəruri tədbirləri” görməyə məcbur olacaq. Oktyabrın 6-da Litva Seymi ölkə ərazisində nüvə silahlarının...
Dünya

Zelenski: “Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu gəmini dronla vurub”

5 Oktyabr 2026

açıq mənbə

Rusiya ordusu Qara dənizin neytral sularında qarğıdalı daşıyan mülki gəmiyə iki dronla zərbə endirib. Bunu oktyabrın 5-də Ukrayna prezidenti Volodimir Zelenski "X” hesabında yazıb. Onun sözlərinə görə, Türkiyəyə məxsus olan hücum nəticəsində gəminin kapitanı ölüb. Zelenski gəmidə Azərbaycan və Hindistan vətəndaşlarının olduğunu qeyd edib. “Ukrayna vəziyyətin gərginliyinin azaldılması və Qara dənizdə təhlükəsizliyin təmin olunması üçün dəfələrlə konkret addımlar təklif edib. Üçüncü ölkələrin də bununla bağlı təklifləri olub. Amma Rusiya normal dəniz gəmiçiliyi əvəzinə ardıcıl olaraq terroru və mülki gəmilərin batırılmasını seçir. Qlobal ərzaq təhlükəsizliyini bərpa etmək üçün təzyiq lazımdır. Buna həqiqətən maraq göstərən hər kəs də yardım etməlidir”, - Zelenski...

Seçilmiş Videolar

Toplum TV loqo