açıq mənbə
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olduğu deyilir.
APA-nın məlumatına görə, Lənkəranın Separadi kəndindən olan həkim Vahab Quliyev Rusiya ordusunun hücumu nəticəsində həyatını itirib.
Bildirlir ki, Vahab Quliyev müharibənin başlanmasından təxminən bir il sonra Ukrayna tərəfdən ixtisası üzrə hərbi xidmətə cəlb olunub. Onun xidmət etdiyi müddətdə iki dəfə yaralandığı, müalicədən sonra yenidən fəaliyyətini davam etdirdiyi deyilir.
Məlumata görə, Quliyev bir neçə gün əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı, xidməti vəzifəsini yerinə yetirərkən Rusiya PUA-sının zərbəsi nəticəsində həlak olub.
Yerli mətubatın yazdığına görə, Vahab Quliyev Ukraynada Tibb İnstitutunda təhsil alıb, daha sonra Moskvada namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi alıb. O, 30 ildən çox Ukraynada yaşayıb.
2025-ci ilin oktyabrında “Europol” Rusiyanın “Vaqner” və “Redut” özəl hərbi birləşmələrinin tərkibində döyüşməkdə şübhəli bilinən azı 650 nəfərin kimliyinin müəyyənləşdirildiyini açıqlayıb. Onların arasında Azərbaycan vətəndaşlarının da olduğu bildirilib.
Həmin ilin sonunda Baş Prokurorluq Azərbaycan vətəndaşlarını Rusiya-Ukrayna müharibəsində iştirakdan çəkinməyə çağırıb. Qurum vurğulayıb ki, ideoloji, maddi, şəxsi və digər motivlərdən asılı olmayaraq, xarici ölkələrdə silahlı münaqişələrdə iştirak cinayət məsuliyyəti yaradır və bu əmələ görə ağır cəzalar nəzərdə tutulur.
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi beşinci ildir davam edir. Moskvanın canlı qüvvə itkisini kompensasiya etmək üçün müxtəlif üsullardan istifadə etdiyi, o cümlədən məhbusların, cinayət təqibi ilə üzləşən şəxslərin və xarici vətəndaşların hərbi əməliyyatlara cəlb olunduğu barədə məlumatlar yayılıb. Məlumatlara görə, müqavilə bağlayan şəxslərə yüksək maaş və əlavə ödənişlər də vəd edilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Toplum TV
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”