Siyasət

Azərbaycan Ukraynaya  2,5 milyon manatlıq humanitar yardım göndərib

7 Oktyabr, 2026
16

Toplum TV

Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib.

APA xəbər verir ki, Azərbaycan tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulan elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

Yardımın göndərilməsi Azərbaycan prezidenti İlham Əliyevin 2026-cı il sentyabrən 21-dən imzaladığı sərəncama əsasən Energetika Nazirliyi tərəfindən həyata keçirib

Bildirilir ki, Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən humanitar yükün tərkibinə ümumi dəyəri 2,5 milyon Azərbaycan manatı olan kabel, naqil, transformator və digər elektrik avadanlıqları daxildir.

Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.

Bu günədək Azərbaycanın Ukraynaya göstərdiyi ümumi humanitar dəstəyin, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların dəyəri 45 milyon ABŞ dollarını ötüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“QHT işi” üzrə təqsirləndirilən Mehriban Rəhimliyə şərti cəza verilib

7 Oktyabr 2026

sosial media

Qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə təqsirləndirilən, ABŞ-nin German Marşall Fondunun Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimliyə hökm oxunub. Hök oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan olunub. Hökmə əsasən, Mehriban Rəhimliyə 4 il sınaq müddəti olmaqla, 7 il 6 ay müddətinə şərti azadlıqdan məhrum etmə cəzası təyin edilib. Mehriban Rəhimli daha öncə məhkəmədə verdiyi ifadəsində ittihamları rədd edib. O bildirib ki, 2008-ci ildən “German Marşal Fondu”nda xidmət müqaviləsi əsasında məsləhətçi kimi çalışıb, lakin fondun maliyyələşdirdiyi layihələr üzrə qərarların qəbulunda və vəsaitlərin köçürülməsində rolu olmayıb. “İlkin rəydən sonra hər bir layihəni...
Siyasət

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub

7 Oktyabr 2026

açıq mənbə

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olduğu deyilir. APA-nın məlumatına görə, Lənkəranın Separadi kəndindən olan həkim Vahab Quliyev Rusiya ordusunun hücumu nəticəsində həyatını itirib. Bildirlir ki, Vahab Quliyev müharibənin başlanmasından təxminən bir il sonra Ukrayna tərəfdən ixtisası üzrə hərbi xidmətə cəlb olunub. Onun xidmət etdiyi müddətdə iki dəfə yaralandığı, müalicədən sonra yenidən fəaliyyətini davam etdirdiyi deyilir. Məlumata görə, Quliyev bir neçə gün əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı, xidməti vəzifəsini yerinə yetirərkən Rusiya PUA-sının zərbəsi nəticəsində həlak olub. Yerli mətubatın yazdığına görə, Vahab Quliyev Ukraynada Tibb İnstitutunda təhsil alıb, daha sonra Moskvada namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi...

Seçilmiş Videolar

Toplum TV loqo