Dünya

Tramp İranla anlaşma memorandumunu “vaxt itkisi” adlandırıb

19 noyabr, 2026
41

whitehouse.gov

ABŞ prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin iyunda İranla imzaladığı anlaşma memorandumunu “vaxt itkisi” adlandırıb. 

Tramp bu barədə Çinə səfəri zamanı “Fox News”a müsahibəsində danışıb.
“Bunu etmək istəmirdim, amma insanların fikrinə qulaq asdım”, - o bildirib.

ABŞ prezidenti deyib ki, memorandum prosesi bir qədər ləngitsə də, Vaşinqtona İran rəsmilərini daha yaxından tanımaq imkanı verib.
“Bu, prosesi bir qədər ləngitdi. Səhv deyildi. Əslində, həmin müddətdə onları çox yaxşı tanıdıq və etibar edilə bilməyəcəklərini anladıq”, - Tramp söyləyib.

Tramp müharibə qərarını yenidən verib-verməyəcəyi barədə suala isə “Əgər bunu yenidən etməli olsaydıq, edərdikmi? Cavab qəti şəkildə bəlidir” cavabını verib.
O, müharibənin siyasi nəticələrə, o cümlədən seçkilərə təsir etdiyini etiraf etsə də, qərarlarının uzunmüddətli perspektivdə müsbət qiymətləndiriləcəyinə inandığını bildirib.

Tramp memorandumun Vensin İran üzrə danışıqlardan uzaqlaşdırılmasına səbəb olduğunu da inkar edib. “New York Post”un mənbələri danışıqlarda irəliləyiş olacağı təqdirdə Vensin yenidən prosesə cəlb edilə biləcəyini bildiriblər.

Hazırda ABŞ-nin İranla danışıqlarında əsas rolun prezidentin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerə verildiyi deyilir.

Məlumata görə, iyunda imzalanan memorandum müvəqqəti atəşkəs və danışıqların davam etdirilməsini nəzərdə tuturdu. Razılaşma iyulda İranın Hörmüz boğazına müharibədən sonrakı nəzarətlə bağlı mübahisə fonunda bir neçə ticarət gəmisinə hücum etməsindən sonra pozulub.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran isə İsrailə və ABŞ hərbi qüvvələrinin yerləşdiyi Körfəz ölkələrinə zərbələr endirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Mask: “Seçkilərdə Respublikaçılara 500 milyon dollara yaxın ianə verdiyim üçün özümü axmaq hiss edirəm”

19 noyabr 2026

sosial media

“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri Elon Mask ABŞ-də keçirilən aralıq seçkilər ərəfəsində Respublikaçılar Partiyasına 470 milyon dollardan çox ianə etdiyinə görə özünü “olduqca axmaq” hiss etdiyini bildirib. “Financial Times”ın məlumatına görə, Mask bunu noyabrın 18-də “The New York Times”ın “DealBook Summit” tədbirində deyib. “Respublikaçılar bu seçkidə açıq şəkildə darmadağın oldular. Bu qədər pul xərcləyib qarşılığında çox şey görmədiyim üçün özümü olduqca axmaq hiss edirəm. Bəlkə də həmin pul olmasaydı, vəziyyət daha pis olardı”, - o bildirib. Aralıq seçkilərdə Respublikaçılar Nümayəndələr Palatası, Senat və bir neçə ştatdakı idarəetmə orqanı üzərində nəzarəti itiriblər. Mask həmçinin prezident Donald Trampın tərəfdarlarının yaratdığı MAGA hərəkatına...
Dünya

Rubio: “ABŞ-dəki texniki nasazlıqların kiberhücumlarla əlaqəsinə dair sübut yoxdur”

19 noyabr 2026

sosial media

ABŞ dövlət katibi Marko Rubio ölkədə son günlər “Microsoft” xidmətləri, aviasiya sistemləri və banklarda baş verən texniki nasazlıqların xarici dövlətlər və ya haker qruplarının hücumları ilə bağlı olduğuna dair sübut olmadığını bildirib. “Reuters”in məlumatına görə, Rubio noyabrın 18-də Filippinin paytaxtı Manilada jurnalistlərə deyib ki, ABŞ hakimiyyətində bu hadisələrin bir-biri ilə əlaqəli olduğunu göstərən məlumat yoxdur. “Bu hadisələrin hər hansı birinin bir-biri ilə əlaqəli olduğuna inanmaq üçün heç bir əsasımız və sübutumuz yoxdur”, - dövlət katibi vurğulayıb. Rubio bildirib ki, ABŞ hökuməti bu cür insidentlərə ciddi yanaşır və mümkün təhlükələrə qarşı daim ayıq-sayıqdır. O, ölkənin sistemli kiberhücuma məruz qaldığını demək üçün...

Seçilmiş Videolar

Toplum TV loqo