Dünya

Rumıniya Rusiya dronunun yaşayış binasını vurduğunu deyir 

29 May, 2026
111

Reuters

Rumıniya hökuməti Rusiyaya məxsus pilotsuz uçuş aparatının ölkənin şərqindəki Qalati şəhərində yaşayış binasını vurduğunu deyir. 

Mayın 29-u səhər saatlarında baş verən hadisə nəticəsində iki nəfərin yaralandığı bildirilir. 

Prezident Nikuşor Dan Rumıniyanın Ali Müdafiə Şurasının fövqəladə iclasını çağırıb və dron hücumunu “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin başlanmasından bəri Rumıniya ərazisində baş verən ən ciddi insident” adlandırıb.  

Rumıniyanın üzv olduğu Şimali Atlantik Müqaviləsi Təşkilatının (NATO) baş katibi Mark Rutte deyib ki, “Rusiyanın ehtiyatsız davranışı hamımız üçün təhlükədir”. Avropa Komissiyasının prezidenti Ursula von der Leyen isə bildirib ki, Rusiyanın “təcavüzkar müharibəsi daha bir sərhədi keçib”.

Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı müharibəyə başlamasından bəri müxtəlif vaxtlarda NATO üzvü olan ölkələrə Rusiya dronlarının hücumları baş verib. Lakin bu, NATO üzvü olan ölkədə Rusiya dronunun hücumu nəticəsində yerli sakinlərin xəsarət aldığı ilk hadisə hesab olunur. 

Hadisədən sonra Rusiyanın Rumıniyadakı səfiri Rumıniyanın Xarici İşlər Nazirliyinə çağırılıb. 

“Bu hadisə Rusiya Federasiyası tərəfindən ciddi və məsuliyyətsiz bir gərginləşmədir", - deyə Rumıniya Xarici İşlər Nazirliyi bildirib və əlavə edib ki, Buxarest NATO-dan Rumıniyaya anti-dron sistemlərinin ötürülməsinin sürətləndirilməsini istəyib. 

Moskva hadisə ilə əlaqədar açıqlama verməyib. Lakin Rusiyanın Xarici Kəşfiyyat Xidməti bu yaxınlarda Baltik ölkələrinə xəbərdarlıq edib ki, əgər onlar Ukraynaya öz ərazilərindən hücumlar həyata keçirməyə icazə versələr, NATO üzvlüyü onları Rusiyanın cavab tədbirlərindən qoruya bilməyəcək. 

Analitiklər isə Rusiyanın NATO ölkələri ilə açıq qarşıdurma riskinin artdığı barədə xəbərdarlıq edirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Tramp: “Gözəl Qrenlandiyamızda neft, qaz və mineral ehtiyatların kəşfiyyatına başlanmağa hazırlıq görülür”

14 Oktyabr 2026

whitehouse

“Yeni və gözəl Qrenlandiyamızda genişmiqyaslı neft, qaz və mineral ehtiyatların kəşfiyyatına başlanmağa hazırlıq görülür”. ABŞ prezidenti Donald Tramp bunu oktyabrın 14-də özünün “Truth Social” hesabında yazıb. ABŞ lideri Qrenlandiyanın təbii sərvətlər baxımından böyük potensiala malik olduğunu vurğulayıb. Adanın Arktikada strateji mövqeyə sahib olduğunu qeyd edən Tramp bölgənin həm iqtisadi, həm də təhlükəsizlik baxımından ABŞ üçün əhəmiyyətini ön plana çəkib. “Ekspertlər bildirirlər ki, asanlıqla çıxarıla bilən neft ehtiyatlarının həcmi dünyanın demək olar ki, istənilən digər ərazisindəkindən xeyli çoxdur. Daha da vacibi, Qrenlandiya həm Amerika Birləşmiş Ştatlarının, həm də Avropanın müdafiəsi və hücum imkanları baxımından misilsiz təhlükəsizlik əhəmiyyətinə malikdir. ABŞ-yə gələcəkdə baş...
Dünya

Macarıstan parlamenti LGBTQ+ “təbliğatı”na dair qadağanı ləğv edib

14 Oktyabr 2026

Christo

Macarıstan parlamenti LGBTQ+ şəxslərin hüquqlarını məhdudlaşdıran müddəaların 2021-ci ildə qəbul olunmuş “uşaqların müdafiəsi haqqında” qanundan çıxarılmasına səs verib. Oktyabrın 13-də keçirilən səsvermədə hakim “Tisa” partiyasından olan 139 deputat dəyişikliklərin lehinə, 51 deputat isə əleyhinə çıxış edib. Viktor Orban hökuməti dövründə qəbul edilən əvvəlki qanun 18 yaşdan kiçik şəxslər üçün homoseksuallığın və transgenderliyin “təbliğini” qadağan edirdi. Bu müddəalar LGBTQ+ mövzularının məktəblərdə, mediada və reklamlarda təqdimatını məhdudlaşdırmaq üçün istifadə olunurdu. Qanun həmçinin “Pride” yürüşlərinin qadağan edilməsinə hüquqi əsas yaratmışdı. Yeni redaktədə LGBTQ+ şəxslərə və ya gender kimliyinə dair birbaşa qeyd yoxdur. Sənəddə yalnız uşaqların fiziki, intellektual, emosional və mənəvi inkişafına ciddi zərər...

Seçilmiş Videolar

Toplum TV loqo