Dünya

Rusiyanın Ukraynaya hücumu: 10-dan çox ölən, onlarla yaralı var

2 İyun, 2026
102

Sosial media

Rusiya Silahlı Qüvvələri iyunun 2-nə keçən gecə Ukraynaya 73 raket və 656 pilotsuz uçuş aparatı ilə hücum edib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri 40 raket və 602 dronu məhv edib.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, Rusiyanın hücumu nəticəsində şəhərdə azı 4 nəfər ölüb, 63 nəfər yaralanıb. Şəhərin müxtəlif rayonlarında yaşayış binaları, poliklinika, yanacaqdoldurma məntəqəsi, anbarlar və avtomobillər zərər görüb, bir neçə yerdə yanğın baş verib.

İlkin məlumata görə, Dnepr şəhərində 6 nəfər ölüb. Daha sonra Ukrayna Daxili İşlər Nazirliyi ölənlərin sayının 9-a çatdığını açıqlayıb. Hücum nəticəsində 33 nəfər yaralanıb. Yaşayış binaları, müəssisə, yanğınsöndürmə hissəsi və avtomobillər zədələnib.

Ukrayna rəsmilərinin məlumatına görə, Xarkov vilayətində də 14 nəfər yaralanıb. Rusiya qüvvələrinin endirdiyi kombinə edilmiş zərbələr nəticəsində yaşayış evləri, təsərrüfat tikililəri, qarajlar və digər mülki obyektlərə ziyan dəyib.

Ukraynanın insan hüquqları üzrə müvəkkili Dmitro Lubinets “X” platformasında yazıb: “Rusiya Ukraynanın mülki əhalisinə qarşı terrorunu davam etdirir. Bu hücumları dayandırmaq üçün dünya hərəkətə keçməlidir. Gecikdirilən hər gün insan həyatına başa gəlir”.

Ukrayna prezidenti Volodimir Zelenski bir gün əvvəl mümkün genişmiqyaslı hücumla bağlı xəbərdarlıq edib. “Rusiyanın zərbələri ilə bağlı kəşfiyyat xəbərdarlıqları qüvvədə qalır. Kütləvi hücum mümkündür. Onlar buna hazırlaşıblar”, - Zelenski bildirib.

Rusiya ötən həftə Kiyevdə Ukrayna ordusuna aid obyektlərə və qərar qəbuletmə mərkəzlərinə qarşı “sistemli zərbələr” endirəcəyini bildirib və xarici vətəndaşları şəhəri tərk etməyə çağırıb. Moskva buna səbəb kimi ötən ay Rusiyanın nəzarətində olan Luqansk vilayətində yataqxanaya edilən dron hücumunu göstərir. Həmin hücum nəticəsində 21 nəfərin öldüyü bildirilir. Ukrayna isə hadisə ilə əlaqəsini inkar edir.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı işğala başlayıb. Münaqişənin dayandırılması istiqamətində aparılan diplomatik səylər isə indiyədək nəticəsiz qalıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

“Reuters”: İran ABŞ-nin mümkün hücumuna daha genişmiqyaslı cavab hazırlayır

1 Oktyabr 2026

sosial media

İran ABŞ genişmiqyaslı hərbi hücumları bərpa edərsə, daha sərt və geniş cavab verməyə hazırlaşır. Bu barədə üç yüksəkvəzifəli İran rəsmisi və müzakirələrdən məlumatlı mənbə “Reuters”ə danışıb. Mənbələrin sözlərinə görə, İranın hərbi rəhbərliyi mümkün hədəflərin ABŞ-la əlaqəli obyektlərlə məhdudlaşmamasını, ABŞ-nin hərbi əməliyyatlarını dəstəkləyən ölkələri və Yaxın Şərqdən kənardakı məkanları da əhatə etməsini nəzərdən keçirir. Rəsmilər bildiriblər ki, prezident Məsud Pezeşkianın ötən həftə Nyu-Yorkdan qayıtmasından sonra Tehranda mümkün cavabın miqyası və vaxtı müzakirə olunur. Hələlik yekun qərar qəbul edilməsə də, planlaşdırmanın intensivləşdiyi bildirilir. Beynəlxalq Böhran Qrupunun İran üzrə baş analitiki Həmidrza Əzizi deyib ki, Tehran ABŞ prezidenti Donald Trampın yeni genişmiqyaslı hərbi...
Dünya

ABŞ-də edam cəzası icra edilən məhkum sağ qalıb

1 Oktyabr 2026

açıq mənbə

ABŞ-nin Tennessi ştatında 30 il əvvəl törədilən qətl üzrə ölüm cəzasına məhkum edilən Krista Paykın öldürücü iynə ilə edamı uğursuz nəticələnib. “Reuters” yazır ki, 50 yaşlı Payka çərşənbə axşamı öldürücü iynə tətbiq olunsa da, o, sağ qalıb. Məhbus daha sonra tibbi yardım üçün həbsxanadan kənardakı tibb müəssisəsinə aparılıb. Edam prosesini izləyən jurnalistlər Paykın iynədən sonra nəfəs almaqda davam etdiyini, təngnəfəs qaldığını və ağrıdan şikayət etdiyini bildiriblər. Onun vəkilləri proses zamanı federal məhkəməyə müraciət edərək edamın dayandırılmasını tələb ediblər. Vəkillərin sözlərinə görə, iki şprisdəki öldürücü dərman vurulsa da, müvəkkilləri hələ də sağ idi. Tennessi Cəzaçəkmə Müəssisələri Departamenti isə prosedurun qüvvədə olan qaydalara...

Seçilmiş Videolar

Toplum TV loqo