Simonyan erməni məhbuslar barədə: "Bu gün-sabah olmasa da, hamısı qayıdacaq"
Foto: açıq mənbə
Ermənistan parlamentinin spikeri Alen Simonyan Bakıdakı erməni məhbuslarla bağlı Azərbaycan tərəfi ilə dialoqun davam etdiyini bildirib.
Spiker jurnalistlər üçün brifinqdə qeyd edib ki, Ermənistanın Azərbaycanla "həyata keçirdiyi proses və yanaşması mürəkkəb və çətindir, lakin irəliləmək üçün imkan yaradır."
“Biz bundan imtina etməməliyik. Bizim etdiyimiz də budur. [Erməni məhbusların] hamısı qayıdacaq. Bu gün yox, sabah yox, amma hamısı qayıdacaq", - o deyib.
Simonyan əlavə edib ki, yaxın keçmişdə Azərbaycanda əsirlikdə təxminən 200 nəfər erməni var idi və onların qayıtması "qeyri-mümkün görünürdü, lakin ardıcıl səylər nəticəsində onlar Ermənistana geri qaytarılıb".
“Son erməni Ermənistan Respublikasına qayıdanadək bu iş dayanmayacaq", - o vurğulayıb.
Azərbaycan prezidenti İlham Əliyev fevralın 13-də Münxendə “France 24” telekanalına müsahibəsində Azərbaycandakı erməni məhbusların "bəşəriyyətə qarşı ağır cinayətlər törətdiyini" deyib və onların azad ediləcəyini istisna edib.
"İkinci Dünya Müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin", - o deyib.
Bununla belə, Əliyev bu yaxınlarda Azərbaycana səfər etmiş ABŞ vitse-prezidenti Ceyms Vensin onunla görüşdə ermənilərin azadlığa buraxılması məsələsini qaldırdığını təsdiqləyib.
Fevralın 5-də Azərbaycanda həbsdə olan, Qarabağdakı keçmiş separatçı rejimin liderləri və rəsmilərinə hökm oxunub. Onlara 15 ildən ömürlük müddətə qədər müxtəlif həbs cəzaları verilib.
Təqsirləndirilən şəxslər Azərbaycana qarşı təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, azadlıqdan məhrum etmə, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq da daxil olmaqla 20-dən çox maddə ilə ittiham olunublar.
Onların əksəriyyəti 2023-cü ilin sentyabrında Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisində apardığı hərbi əməliyyatdan sonra erməni əhalinin köçü zamanı həbs olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Putin və Uitkoff görüşü: Moskva üçtərəfli danışıqlara razılaşıb, ABŞ dizel razılaşmasına görə təşəkkür edib
RIA Novosti
NYT: “ABŞ və İsrail Konqresə seçkilərdən sonra İrana yeni zərbələr planı hazırlayır”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”