Dünya

2024-cü ildə Bayden Ukraynaya silah tədarükünü yarıbayarı azaldıb – “Reuters”

4 Fevral, 2025
116

sosial media

ABŞ-ın 46-cı prezidenti Co Baydenin administrasiyası onun prezidentliyinin sonuncu ilində Ukraynaya silah tədarüküylə bağlı qərarları təxirə salıb. ABŞ-ın xərclərini təhlil edən və bu barədə 40-dan çox Ukrayna və Amerika rəsmisilə danışan “Reuters” belə yazır.  

Agentliyin xəbərinə görə, silah idxalının əsas hissəsi Konqresin Ukraynaya əlavə 60 milyard dollar yardım ayırmaqla bağlı qərarı bir neçə ay gecikdirməsi, həmçinin ABŞ-ın yardımlarının Rusiyanı qəzəbləndirəcəyi və yeni eskalasiyaya səbəb olacağıyla bağlı narahatlığı səbəbindən təxirə salınıb.

Amma agentliyin analizi nəticəsində məlum olub ki, Konqres Ukraynaya yardımı təsdiqlədikdən sonra da silahların çatdırılmasında gecikmələr davam edib. 2024-cü ilin noyabr ayına qədər Birləşmiş Ştatlar il ərzində göndərməyi planlaşdırdığı hərbi yardımın yalnız yarısını bu ölkəyə idxal edib. Dekabr ayına qədər ABŞ Ukraynaya vəd etdiyi zirehli texnikanın yalnız 30%-ni idxal edib.

ABŞ-dakı prezident seçkilərində Donald Trampın qələbəsindən sonra tədarükün ortalama dəyəri kəskin artıb. 

Pentaqon və Bayden administrasiyasının üzvləri, eləcə də Ukrayna rəsmiləri bu barədə şərh verməkdən imtina ediblər. Ukrayna Müdafiə Nazirliyi və Prezident Vladimir Zelenskinin ofisi “Reuters”-in  sorğusuna cavab verməyiblər.

Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı hücumundan sonra Bayden administrasiyası Kiyevə 63 milyard dollardan çox yardım ayırıb. Trampın Ukraynaya silah tədarükünü dayandıracağından ehtiyat edən Bayden  administrasiyası ilin sonunda idxalı sürətləndirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Kadırov Alla Puqaçovanı "xalq düşməni və xain" adlandırıb 

16 Sentyabr 2025

Foto: açıq mənbə

Çeçenistan lideri Ramzan Kadırov sentyabrın 15-də "Telegram" kanalında rusiyalı müğənni Alla Puqaçova haqqında paylaşım edib.  O, paylaşımında müğənninin bu yaxınlarda verdiyi müsahibədəki fikirlərinə cavab olaraq onu “xalq düşməni və xain” adlandırıb.  Kadırov Puqaçovanın çeçen separatçılarının keçmiş lideri, 1991–1996-cı illərdə Çeçenistan rəhbəri olmuş Cövhər Dudayev haqda dediklərinə etiraz edib. Puqaçova müsahibəsində Dudayevi “qeyrətli, mərd, ağıllı, yaraşıqlı insan” adlandırıb. Kadırov isə Puqaçovanın “çeçen xalqı üçün ən ağır dövrə etinasız yanaşdığını" deyib.  O, Dudayevi “çeçen xalqının problemlərinə biganə” olmaqda günahlandırıb. Çeçen lider, həmçinin, 1994-cü ildə Çeçenistandakı müharibənin “Puqaçova kimi satqınlar” tərəfindən başladıldığı fikrini irəli sürüb. Ramzan Kadırovun özü də 1994–1996-cı illərdə, Dudayevin rəhbərliyi...
Dünya

"Tinder dələduzu" Gürcüstanda saxlanılıb

15 Sentyabr 2025

Foto: açıq mənbə

"Tinder dələduzu" kimi tanınan İsrail vətəndaşı Simon Levyev Gürcüstanın Batumi hava limanında saxlanılıb.  Onun vəkili İsrailin "Walla" nəşrinə bildirib ki, həbsin səbəbləri hələlik məlum deyil. “Bu səhər onunla danışdım, saxlanıldıqdan sonra əlaqə saxladıq, amma səbəbi hələ başa düşmürük. O, indiyədək sərbəst şəkildə dünyanın müxtəlif yerlərinə səyahət edib”, – vəkil deyib. Gürcüstanın Daxili İşlər Nazirliyi "OC Media"-ya bildirib ki, Levyev barəsində sərhəddə yoxlanış zamanı "Interpol" tərəfindən axtarış bildirişj olduğu aşkarlanıb və o, buna görə saxlanılıb. Levyev 2022-ci ildə "Netflix" platformasında yayımlanan “Tinder Dələduzu" sənədli filmindən sonra məşhurlaşıb. Filmdə onun həyata keçirdiyi müxtəlif fırıldaqlar təsvir olunub. Levyevin uzun illər davam edən cinayət...

Seçilmiş Videolar

Toplum TV loqo