Dünya

Suriyada seçkilər 4 ildən sonra keçirilə bilər – Əhməd əl-Şaara

29 Dekabr, 2024
40

CNN.com

Suriyanın faktiki lideri, daha əvvəl Əbu Məhəmməd əl-Qolani kimi tanınan Əhməd əl-Şaraa bu gün dövlət televiziyasına müsahibə verib. 

O deyib ki, Suriyada seçkilərin keçirilməsi dörd ilə qədər vaxt ala bilər.  

Şaaranın sözlərinə görə, yeni konstitusiyanın hazırlanmasına üç il lazım gələcək, radikal dəyişikliklərsə təxminən bir ilə başa çatacaq.

O, dekabrın 8-də Bəşər Əsədi devirən, Əsəd ailəsinin çoxillik hakimiyyətinə və 13 il davam etmiş vətəndaş müharibəsinə son qoyan “Heyəti Təhrir əl-Şam” (HTŞ) qruplaşmasının rəhbəridir. 

Milli dialoq mövsuna həsr olunmuş konfransda Şaara HTŞ-nin ləğv ediləcəyini bildirib.

Müsahibədə xarici əlaqələr barədə də danışan Şaraa deyib ki, Suriyanın Rusiya ilə ortaq strateji maraqları var. 

Suriyada hərbi bazaları olan Rusiya vətəndaş müharibəsi illərində Əsədin yaxın müttəfiqi olub və devriləndən sonra ona sığınacaq verib.

Daha əvvəl Şaraa bildirmişdi ki, Suriyanın Rusiya ilə münasibətləri ortaq maraqlara xidmət etməlidir.

O, müsahibəsində ABŞ- Suriya münasibətlərinə də toxunub, deyib ki, prezidenti Donald Trampın administrasiyasının Suriyaya qarşı sanksiyaları ləğv edəcəyinə ümid edir. 

Bu ay Dəməşqə səfər edən yüksək səviyyəli ABŞ diplomatları bildiriblər ki, cənab Şaraa praqmatik mövqe nümayiş etdirir, ona görə də Vaşinqton HTS liderinin zərərsizləşdirməsiylə bağlı 10 milyon dollarlıq mükafatı ləğv etmək qərarına gəlib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Gürcüstanda pat vəziyyəti: Tramp kimi seçəcək?  

29 Dekabr 2024

Zurabişvilinin "X" hesabı

Gürcüstanda bu gün - 29 dekabr tarixinə gözlənilən siyasi dram baş vermədi. Səlahiyyət müddəti başa çatan prezident Salome Zurabişvili qarşıdurma yaratmadan prezident iqamətgahını könüllü tərk etməyə üstünlük verdi. O, iqamətgahın önünə toplaşmış vətəndaşlar qarşısındakı çıxışında legitimliyi, bayrağı və insanların etimadını da özü ilə apardığını bildirdi. Həmin dəqiqələrdə  parlamentdə legitimliyi müxalifət və Qərb tərəfindən tanınmayan yeni prezident Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirildi - hər hansı təntənə olmadan, yalnız hakim partiya təmsilçilərinin iştirakıyla.   Zurabişvilinin qərarı bir qədər gözlənilməz oldu. Çünki daha öncə o, prezidentlik institutunun ölkədə yeganə legitim hakimiyyət olduğunu və ayın 29-dan sonra da iqamətgahda oturmağa davam edəcəyini bəyan etmişdi. İndiki...
Dünya

Rusiya Moldovaya qaz tədarükünü dayandırır 

29 Dekabr 2024

Adi-analytics.com

Rusiyanın “Qazprom” şirkəti şənbə günü “Moldovagaz” şirkətinə bildiriş göndərib ki, ödəniş öhdəliklərini yerinə yetirmədiyinə və “yığılmış borca” görə Moldova Respublikasına təbii qaz tədarükü tamamilə dayandırılacaq. Qərar 1 yanvar 2025-ci il tarixində, Moskva vaxtı ilə səhər saat 8-də qüvvəyə minəcək .  Rusiyanın hesablamalarına görə, Moldovanın qaz borcu 709 milyon dollardır. Moldova tərəfi isə beynəlxalq auditin nəticələrinə istinadla cəmi 8,6 milyon dollar borcu olduğunu bildirir. “Qazprom” Moldova hökumətinin əməkdaşlıq etdiyi britaniyalı və norveçli auditorların hesablamalarını qəbul etmir. Moldovanın Baş naziri Dorin Reçan (Dorin Recean) “Facebook” platformasındakı səhifəsində buna cavab olaraq yazıb ki, Rusiya qazının tədarükünün dayandırılması ilk növbədə Moldovadan ayrılmış Dnestryanı bölgəsinə...

Seçilmiş Videolar

Toplum TV loqo