Dünya

Taliban şahmatı qadağan edib

12 May, 2025
97

AFP

Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatı ölkədə şahmat oyunlarının keçirilməsini dayandırıb. 

Mayın 11-də açıqlanan qərar bu idman növü üzərindən qumar oynanılması ilə əsaslandırılıb. 

Əfqanıstanda qumar qanunsuzdur.

2021-ci ildən Əfqanıstanda hakimiyyətdə olan Taliban son illərdə digər idman növlərini məhdudlaşdırıb və ölkədə qadınların idmanda iştirakına tamamilə qadağa qoyub.

Keçən il hakimiyyət qarışıq döyüş sənətləri (MMA) kimi sərbəst döyüşləri qadağan edərək, bunların "zorakılıq" və "şəriət baxımından problemli" olduğunu bildirib.

Taliban, həmçinin qadınlara təhsil, iş, səyahət və ictimai həyatda iştirak etməyi qadağan edib. Bundan əlavə, musiqi, gözəllik salonları və qadınların görünə biləcəyi pəncərələr belə ləğv olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Türkiyədə Məhəmməd peyğəmbəri təsvir etdiyi iddia edilən jurnala cinayət işi açılıb 

1 İyul 2025

Foto: AFP

Türkiyədə Məhəmməd peyğəmbəri təsvir etdiyi iddia olunan “LeMan” karikatura jurnalı haqqında cinayət işi açılıb.  Cinayət işi çərçivəsində jurnalın təsisçisi, yazı işləri müdiri, dizayneri və müəssisənin müdiri saxlanılıblar. Jurnalın baş redaktoru Tuncay Akgün isə ölkə xaricində olduğundan haqqında qiyabi həbs qərarı verilib.  Daxili işlər naziri Əli Yerlikaya “X” hesabında verdiyi açıqlamada "peyğəmbərimizə (s.ə.s.) karikatura çəkərək nifaq salmağa çalışanları bir daha qınadığını" deyib.  Jurnalın sözügedən karikaturası iyunun 26-da dərc olunub. Karikaturada İsrailin Qəzza zolağını bombalaması fonunda Məhəmməd adlı bir müsəlman və Musa adlı bir yəhudinin salamlaşması təsvir olunur.  Jurnal verdiyi açıqlamada peyğəmbərin təsvir olunmasını inkar edib.  “Dünyada 200 milyon insanın daşıdığı Məhəmməd,...
Dünya

Paşinyan və düşmənləri arasında son döyüş

30 İyun 2025

Foto/kollaj: Toplum TV

“Real Ermənistan” özünü “Tarixi Ermənistan”ın aqressiv revanş cəhdindən qoruya biləcəkmi?   Dünyanın qaynar gündəmi arasında kiçik Cənubi Qafqazın ən kiçik ölkəsi Ermənistanda baş verənlər bir qədər arxa planda qalıb. Halbuki bu hadisələrin nəticələrinin həm Ermənistan, həm də bölgə üçün uzunmüddətli təsirləri olacaq, Cənubi Qafqazda sülh və əməkdaşlıq prosesinin taleyi də o nəticələrdən asılıdır. Bu baxımdan olaylar daxili siyasi rəqabət çərçivələrini çoxdan aşaraq iki konseptual vizyonun həlledici toqquşmasına çevrilib: Paşinyanın ortaya qoyduğu praqmatik-realist “Real Ermənistan” konsepsiyası ilə tradisional-konservativ və revanşist “Tarixi Ermənistan” konsepsiyası qarşı-qarşıya gəlib.       İyunun 25-də Ermənistan İstintaq Komitəsi məşhur din adamı Baqrat Qalstanyanın rəhbərik etdiyi “Müqəddəs...

Seçilmiş Videolar

Toplum TV loqo