Dünya

Tramp Baydenin sərəncamlarını ləğv etdiyini deyir

29 Noyabr, 2025
144

Foto: Reuters

ABŞ prezidenti Donald Tramp keçmiş prezident Co Baydenin "şəxsən imzalamadığı" bütün sərəncamları ləğv etdiyini deyir. 

O, bu barədə noyabrın 28-də "Truth Social" platformasında bildirib. 

“Yuxulu Co Bayden tərəfindən avtoqələmlə imzalanmış istənilən sənəd - yəni ümumi sənədlərin təxminən 92%-i - bundan sonra ləğv edilir və hüquqi qüvvəsi qalmır. Avtoqələmdən istifadə, əgər ABŞ Prezidentinin xüsusi təsdiqi yoxdursa, icazəli deyil”, - Tramp yazıb. 

O, daha sonra Baydenə qarşı cinayət işi açıla biləcəyi barədə xəbərdarlıq edib. 

“Oval Ofisdəki gözəl masanın ətrafında Baydenin başına toplaşan Radikal Solçu lunatiklər onun əlindən prezidentliyi aldılar. Mən buradan Saxtakar Co Bayden tərəfindən birbaşa imzalanmamış bütün İcra Sərəncamlarını və digər sənədləri ləğv edirəm, çünki avtoqələmi işlədən şəxslər bunu qanunsuz şəkildə ediblər. Co Bayden avtoqələm prosesində iştirak etməyib və əgər iştirak etdiyini desə, o zaman yalan ifadə verməkdə ittiham olunacaq. Bu məsələyə diqqətiniz üçün təşəkkür edirəm!”, -  Tramp əlavə edib. 

Daha öncə Ağ Ev sentyabrda Oval Ofisin qarşısında bütün prezidentlərin portretləri olan “Prezidentlərin Şöhrət Xiyabanı”nı təqdim edib. Onların arasında təkcə Baydenin portreti yoxdur, əvəzində avtoqələm şəkli var. 

Trampın qərarının hüquqiliyi ABŞ ictimaiyyətində suallar doğurub. Belə ki, bu ölkənin qanunvericiliyinə əsasən, prezidentlərin sərəncamları fiziki imzalamaq öhdəliyi yoxdur və onların tapşırığı ilə avtoqələmdən istifadə oluna bilər. 

Tramp və tərəfdarları hələ Baydenin prezidentliyi dövründə iddia edirdilər ki, onun ahıl yaşı və əqli durumu ilə əlaqədar sərəncamlardan xəbəri yoxdur və ətrafındakı insanlar onun yerinə qərarlar verir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır

17 İyul 2026

Centcom

ABŞ və İran arasında davam edən qarşıdurma fonunda tərəflər qarşılıqlı zərbələri davam etdirir. Son hücumlarda İranın cənubundakı hərbi obyektlərlə yanaşı, Körfəz regionunda yerləşən strateji infrastrukturun da hədəfə alındığı bildirilir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 16-da İran ərazisində növbəti hava zərbələri endirdiyini açıqlayıb. Məlumata görə, hücumlar İranın cənubundakı hərbi obyektlərə, hava hücumundan müdafiə sistemlərinə, radar qurğularına və logistika infrastrukturuna yönəlib. Tehran isə cavab olaraq Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib. İran rəsmiləri Suriyadakı ABŞ mövqelərinin də hədəfə alındığını bildiriblər. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə Bəhreyn, Küveyt və Oman istiqamətində raket hücumları həyata keçirdiyini iddia edib. Küveytin...
Dünya

Vens: “İsraildə bizi İranla danışıqlardan çəkindirmək istəyənlər var”

16 İyul 2026

Government Press Office

ABŞ vitse-prezidenti Ceyms Vens növbəti dəfə İsraili ölkəsi ilə İran arasında danışıqlara müdaxilə etməkdə ittiham edib.  O, iyulun 15-də yayımlanan müsahibədə podkastçı Co Roqana deyib ki, İsraildə bəzi hökumət üzvləri ABŞ-İran danışıqlarına təsir etməyə çalışır.  “Şübhəsiz ki, İsrail hökuməti daxilində İrana qarşı hərbi kampaniyanı davam etdirmək istədikləri üçün bizi danışıqlar siyasətindən uzaqlaşdırmağa çalışan insanlar var. Həmçinin, şübhəsiz ki, onların sistemində bəzi insanlar var ki, müharibəni qeyri-müəyyən müddətə davam etdirmək üçün Amerika ictimai rəyini manipulyasiya edir və dəyişdirməyə çalışırlar. Yenə də, heç bir məqsədə doğru deyil, sadəcə qeyri-müəyyən müddətə”, - o qeyd edib.  Vens daha öncə də İsrail hökumətini İranla anlaşmaya...

Seçilmiş Videolar

Toplum TV loqo