Dünya

Tramp Hörmüzdən gəmiləri keçirmək əməliyyatını müvəqqəti dayandırıb 

6 may, 2026
120

Açıq mənbə

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında ilişib qalmış gəmiləri ordunun müşayiəti ilə keçirmək əməliyyatını müvəqqəti dayandırdığını elan edib. 

Mayın 5-də "Truth Social"da etdiyi paylaşımda Tramp bunu İranla danışıqlarda yekun razılaşmaya doğru "böyük bir irəliləyişin" olması ilə izah edib. 

O əlavə edib ki, "Azadlıq Proyekti" adı verdiyi əməliyyat qısa müddətə dayandırılır və yenidən davam etməsi razılaşmanın əldə olunub-olunmamasından asılıdır. 

Tramp əməliyyatı mayın 4-də elan etmişdi. Həmin vaxtdan Fars körfəzində gərginlik artıb. ABŞ hərbi qüvvələri Hörmüz boğazı ərazisində bir neçə İran qayığını, həmçinin qanadlı raketləri və dronları məhv etdiyini bildirib. Birləşmiş Ərəb Əmirlikləri isə hava hücumundan müdafiə sistemlərinin ardıcıl ikinci gündür İrandan gələn raket və dron hücumlarının qarşısını aldığını açıqlayıb. Hörmüz boğazında başqa bir ticarət gəmisi “naməlum mərmi” ilə vurulduğunu bildirib.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə boğazın yeni xəritəsini yayıb, İranın nəzarət zonasını genişləndirib və mayın 5-də gəmilərə xəbərdarlıq edərək bildirib ki, müəyyən etdikləri dəhlizlərdən kənara çıxmasınlar, əks halda “qəti cavab” veriləcək.

ABŞ dövlət katibi Marko Rubio mayın 5-də jurnalistlərə deyib ki, İran Hörmüzü bağlamağın "bədəlini ödəməlidir". 

"Hörmüz boğazı İrana məxsus deyil. Onların boğazı bağlamağa, gəmiləri partlatmağa və minalar yerləşdirməyə haqqı yoxdur. Biz heç bir halda elə bir dünyada yaşaya bilmərik ki, bunu normal qəbul edək – yəni ölkələrə deyək ki,  ‘yaxşı, bu normaldır, İran ilə razılaşmalısınız, Hörmüz boğazından keçmək üçün onlara rüsum ödəməlisiniz’. Bu, təkcə boğazda qəbuledilməz deyil, eyni zamanda dünyanın digər yerlərində də təkrarlana biləcək bir presedent yaradır", - o qeyd edib. 

Fevralın 28-də ABŞ və İsrail İrana havadan hücumlar həyata keçirməyə başlayıb. İran isə cavab olaraq dünya üzrə neft və təbii qaz tədarükünün təxminən beşdə birinin həyata keçdiyi Hörmüz boğazını əksər gəmilərə bağlayıb. 

Aprelin 7-də Pakistanın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs əldə olunsa da, İran Hörmüz boğazını açmaqdan imtina edib. Buna əsas kimi ABŞ-nin İran limanlarına blokada tətbiq etməsi göstərilib. 

Beynəlxalq Dənizçilik Təşkilatı ötən həftə bildirib ki, münaqişə başlayandan bəri 2 min gəmidə 20 minə yaxın dənizçi boğazda blokadaya görə Fars körfəzində ilişib qalıb və onların səhhəti ilə bağlı ciddi narahatlıqlar var.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ Konqresinə seçkilərdə Demokratlar qələbə qazanıb 

4 noyabr 2026

FOX

ABŞ Konqresinə seçkilərdə müxalifətdə olan Demokratlar Partiyası qələbə qazanıb.  Səslərin sayıldığı ştatların nəticələrinə əsasən, Demokratlar Konqresin hər iki palatasında - Senatda və Nümayəndələr Palatasında üstünlüyü prezident Donald Trampın mənsub olduğu Respublikaçılar Partiyasının əlindən alıblar.  "NBC News"un analizinə görə, Demokratlar Nümayəndələr Palatasında 255 yerə sahib ola bilər. Bu isə onların son 20 ildə palatadakı ən böyük çoxluğu deməkdir.  Senat seçkilərində Demokratlar uzun illərdir qalib gəlmədikləri ştatlarda qələbə qazanıblar. Kanzas ştatında 1932, Teksas və Cənubi Karolinada 1988-ci ildən bəri Demokrat qanunverici seçilməyib.  Şərhçilər düşünür ki, Trampın bu ilin əvvəlində İrana qarşı müharibəyə başlaması, nəticədə isə dünyada enerji qiymətlərinin və ABŞ-də yaşayış xərclərinin...
Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...

Seçilmiş Videolar

Toplum TV loqo