Dünya

Tramp İspaniya ilə ticarəti dayandırmağı əmr edib 

9 İyul, 2026
19

whitehouse.gov

ABŞ prezidenti Donald Tramp İspaniya ilə ticarəti dayandırmaq əmri verib. 

O, bunu iyulun 8-də Ankarada Şimali Atlantik Müqaviləsi Təşkilatının (NATO) baş katibi Mark Rutte ilə görüşü zamanı açıqlayıb. 

"Mən İspaniya ilə danışmadım. İspaniya artıq bitmiş bir məsələdir. Biz artıq İspaniya ilə heç bir ticarət işi görmək istəmirik", - o deyib. 

Tramp sonra maliyyə naziri Skot Besentə xitabən İspaniya ilə bütün ticarət əlaqələrini və qarşılıqlı səfərləri dayandırmağı tapşırıb. 

"Görək, bizə zəng edib 'Xahiş edirik, cənab, sizinlə ticarət etmək istəyirik' deyəndə yenə də eyni dərəcədə düşmən mövqedə qalacaqlarmı", - o əlavə edib. 

Tramp qərarını İspaniyanın NATO daxilində yaxşı müttəfiq olmaması və öz üzərinə düşən müdafiə xərclərini ödəməməsi ilə əsaslandırıb. 

Tramp ötən il də İspaniyanı müdafiə xərclərini artırmadığına görə tənqid etmişdi. ABŞ prezidentinin təşəbbüsü ilə NATO ölkələri ümumdaxili məhsullarının 5 faizi qədər məbləği müdafiəyə xərcləməyə razılaşıblar. Rəsmi Madrid isə müdafiəyə bu qədər xərc çəkməməkdə israr edir. 

Müşahidəçilər isə əsl səbəbi İspaniya baş nazirinin ABŞ-ni İranla müharibəyə görə tənqid etməsində görür. Baş nazir Pedro Sançes, həmçinin, ABŞ ordusuna ölkəsinə məxsus hərbi bazalardan istifadəyə icazə verməmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Tramp Ukraynaya "Patriot" raketlərinin istehsalı üçün lisenziya verməyə söz verib 

9 İyul 2026

president.gov.ua

ABŞ prezidenti Donald Tramp Ukraynaya "Patriot" raketlərinin istehsalı üçün lisenziya verməyə söz verib.  O, bunu iyulun 8-də Ankarada Şimali Atlantik Müqaviləsi Təşkilatının (NATO) sammiti çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə deyib. "Biz başa salandan sonra özləri tez bir zamanda istehsal edə biləcəklər. Bundan sonra [Zelenski] daha şikayət etməyəcək ki, bəs niyə bizə "Patriot" vermirsiniz", - o qeyd edib.  Tramp əlavə edib ki, bu barədə ABŞ şirkətlərinə hələ təlimat verməyib, amma bunun problem olacağını düşünmür.  Dünyanın ən yaxşı hava müdafiə sistemlərindən hesab olunan "Patriot" raketləri qarşı tərəfin atdığı raketləri havada aşkarlayıb məhv edə bilir. Eyni zamanda, onlar ən bahalı sistemlər...
Dünya

Tramp: “İranla atəşkəs sona çatıb, onlar yalançıdır” 

8 İyul 2026

NATO

ABŞ və İran arasında atəşkəs pozulub.  İyulun 8-ə keçən gecə ABŞ ordusu İranda 80-dən çox hədəfə zərbə endirdiyini açıqlayıb. ABŞ Mərkəzi Komandanlığı bunu ötən gün İranın Hörmüz boğazından keçməyə çalışan üç gəmini hədəf alması ilə əsaslandırıb.  İran Xarici İşlər Nazirliyi isə verdiyi bəyanatda iyulun 7-də baş verən insidentə görə qarşı tərəfi günahlandırıb, ABŞ-nin Hörmüzdə yeni marşrutlar açmağa çalışdığını bildirib.  İran ABŞ-nin hücumlarına Küveyt və Bəhreyndəki ABŞ hərbi bazalarına zərbələr endirməklə cavab verib. İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iki ölkədə 85 hədəfə zərbə endirildiyini açıqlayıb.  Şimali Atlantik Müqaviləsi Təşkilatının (NATO) sammitində iştirak üçün Ankarada olan ABŞ prezidenti Donald Tramp jurnalistlərə...

Seçilmiş Videolar

Toplum TV loqo