Dünya

Tramp Ukraynaya "Patriot" raketlərinin istehsalı üçün lisenziya verməyə söz verib 

9 iyul, 2026
127

president.gov.ua

ABŞ prezidenti Donald Tramp Ukraynaya "Patriot" raketlərinin istehsalı üçün lisenziya verməyə söz verib. 

O, bunu iyulun 8-də Ankarada Şimali Atlantik Müqaviləsi Təşkilatının (NATO) sammiti çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.

"Biz başa salandan sonra özləri tez bir zamanda istehsal edə biləcəklər. Bundan sonra [Zelenski] daha şikayət etməyəcək ki, bəs niyə bizə "Patriot" vermirsiniz", - o qeyd edib. 

Tramp əlavə edib ki, bu barədə ABŞ şirkətlərinə hələ təlimat verməyib, amma bunun problem olacağını düşünmür. 

Dünyanın ən yaxşı hava müdafiə sistemlərindən hesab olunan "Patriot" raketləri qarşı tərəfin atdığı raketləri havada aşkarlayıb məhv edə bilir. Eyni zamanda, onlar ən bahalı sistemlər sırasındadır. Raketləri ilə birlikdə bir "Patriot" batareyasının dəyəri təxminən 1 milyard ABŞ dolları təşkil edir.

Bundan əlavə, onların istehsalı uzun vaxt aparır. ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, bir ildə cəmi 600 ədəd "Patriot" raketi istehsal olunur.

Mayda Zelenski "Patriot" sistemlərinin lisenziya əsasında ölkə daxilində istehsalına icazə verilməsi üçün ABŞ-yə rəsmi müraciət edildiyini təsdiqləmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fransa 700-dən çox supermarketə kiberhücumda İranı ittiham edir

10 noyabr 2026

sosial media

Fransa hakimiyyəti ölkədə yüzlərlə supermarketə qarşı həyata keçirilən genişmiqyaslı kiberhücumun arxasında İranın dayandığını iddia edir. Hücum nəticəsində soyuducu və dondurucu sistemlərin fəaliyyəti pozulub, milyonlarla avro dəyərində ərzaq məhsulu yararsız hala düşüb, azı 15 yanğın baş verib. Fransa Xarici İşlər Nazirliyinin noyabrın 9-da yaydığı bəyanata görə, oktyabrın 11-dən 12-nə keçən gecə baş verən hücum ölkə üzrə 700-dən çox ticarət obyektini əhatə edib. Paris hadisəyə görə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələndirilən “Şəhid Kaveh” adlı kiberqrupu məsul hesab edir. Fransa tərəfinin bildirdiyinə görə, hakerlər mağazalardakı soyuducu avadanlıqların uzaqdan idarəetmə sistemlərinə daxil olaraq onların iş rejimini dəyişdiriblər. Nəticədə soyuducularda ərimə prosesi...
Dünya

İran XİN: “Ermənistan TRIPP layihəsinin sərhədləri dəyişməyəcəyinə təminat verib”

10 noyabr 2026

sosial media

Ermənistan İranı əmin edib ki, Ermənistanın Sünik vilayətindən keçəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi regionun sərhədlərini və geosiyasi mənzərəsini dəyişməyəcək. “Mehr” agentliyinin məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib. “Biz dəfələrlə mövqeyimizi ifadə etmişik. Nəqliyyat yollarının blokadadan çıxarılmasını alqışlamışıq və vurğulamışıq ki, bu layihələr regionun geosiyasətinin dəyişməsinə gətirib çıxarmamalıdır”, - deyə Bəqai qeyd edib. İran rəsmisinin sözlərinə görə, ABŞ-nin regiondakı mövcudluğu və təsiri həmişə “təhlükəsizlik problemləri ilə müşayiət olunub”. “Biz narahatlıqlarımızı Ermənistana bildirmişik və bu layihənin sərhədlərin dəyişməsinə səbəb olmayacağına dair əmin edilmişik”, - o əlavə edib. TASS agentliyi də...

Seçilmiş Videolar

Toplum TV loqo