Dünya

Tramp: “İrandan daha yaxşı sülh təklifi gözləyirik, əks halda sərt zərbə alacaqlar“

18 may, 2026
117

Associated Press

ABŞ prezidenti Donald Tramp yaxın günlərdə İranla bağlı mümkün yeni hərbi addımları milli təhlükəsizlik komandası ilə müzakirə edəcəyi deyilir. 

“Axios” nəşrinin iki amerikalı rəsmi mənbəyə istinadən yaydığı məlumata görə, görüşün mayın 19-da keçirilməsi planlaşdırılır. CNN isə toplantının həftənin əvvəlində baş tuta biləcəyini bildirir.

Tramp “Axios”a açıqlamasında Tehrandan hələ də yenilənmiş və daha əlverişli sülh təklifi gözlədiyini deyib.

“Biz razılaşma əldə etmək istəyirik. Amma onlar [iranlılar] bizim istədiyimiz təklifi irəli sürmürlər. Onlar bizə cavab verməlidirlər, əks halda sərt zərbə alacaqlar. Onlar isə bunu istəmirlər”, - deyə Tramp bildirib. O əlavə edib ki, İrana qarşı yeni ABŞ hücumları olarsa, həmin zərbələr “əvvəlkindən qat-qat güclü olacaq”.

“The New York Times” yazır ki, may ayında Trampın yaxın komandası İranla gərginliyin artacağı halda həyata keçirilə biləcək mümkün hərbi əməliyyat planları hazırlayıb. Ssenarilər arasında İranın hərbi obyektlərinə genişmiqyaslı hava zərbələri və zənginləşdirilmiş uranın ölkədən çıxarılması məqsədilə quru əməliyyatının keçirilməsi də yer alır.

Bundan əlavə, mayın 17-də Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

Mayın 18-də Donald Tramp sosial şəbəkədə süni intellekt vasitəsilə hazırlanmış görüntü paylaşıb. Həmin görüntüdə o, idarəetmə panelindəki böyük qırmızı düyməyə basır, arxa fonda isə kosmik silahlarla Yerə endirilən zərbələr təsvir olunur. Kadrlardan birində nüvə partlayışını xatırladan görüntü də yer alır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ Konqresinə seçkilərdə Demokratlar qələbə qazanıb 

4 noyabr 2026

FOX

ABŞ Konqresinə seçkilərdə müxalifətdə olan Demokratlar Partiyası qələbə qazanıb.  Səslərin sayıldığı ştatların nəticələrinə əsasən, Demokratlar Konqresin hər iki palatasında - Senatda və Nümayəndələr Palatasında üstünlüyü prezident Donald Trampın mənsub olduğu Respublikaçılar Partiyasının əlindən alıblar.  "NBC News"un analizinə görə, Demokratlar Nümayəndələr Palatasında 255 yerə sahib ola bilər. Bu isə onların son 20 ildə palatadakı ən böyük çoxluğu deməkdir.  Senat seçkilərində Demokratlar uzun illərdir qalib gəlmədikləri ştatlarda qələbə qazanıblar. Kanzas ştatında 1932, Teksas və Cənubi Karolinada 1988-ci ildən bəri Demokrat qanunverici seçilməyib.  Şərhçilər düşünür ki, Trampın bu ilin əvvəlində İrana qarşı müharibəyə başlaması, nəticədə isə dünyada enerji qiymətlərinin və ABŞ-də yaşayış xərclərinin...
Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...

Seçilmiş Videolar

Toplum TV loqo