Dünya

Tramp: "Bütöv bir sivilizasiya bu gecə məhv olacaq"

7 Aprel, 2026
89

Açıq mənbə

ABŞ prezidenti Donald Tramp İrana Hörmüz boğazını açmaq üçün verdiyi möhləti bir daha xatırladıb. 

Onun İrana verdiyi möhlət Vaşinqton vaxtı ilə aprelin 7-i saat 20.00-da bitir. Tramp bildirib ki, İran bu vaxta qədər Hörmüz boğazını açmazsa, ABŞ ordusu İranın enerji stansiyaları da daxil olmaqla mülki infrastrukturunu hədəf alacaq. 

"Bütün bir sivilizasiya bu gecə məhv olacaq və bir daha heç vaxt geri qayıtmayacaq. Mən bunun baş verməsini istəmirəm, amma çox güman ki, belə olacaq. Bununla belə, indi İranda tam və qəti rejim dəyişikliyi sayəsində, daha fərqli, daha ağıllı və daha qeyri-radikal beyinlər üstünlük qazandığı üçün, bəlkə də inqilabi dərəcədə möhtəşəm bir şey baş verə bilər, kim bilir?", - o, "Truth Social" platformasında yazıb. 

"Bunu bu gecə öyrənəcəyik. Bu, dünya tarixinin uzun və mürəkkəb gedişatında ən mühüm anlardan biri olacaq. 47 illik şantaj, korrupsiya və ölüm nəhayət sona çatacaq. Tanrı İranın böyük xalqını qorusun!", - Tramp əlavə edib. 

Fevralın 28-dən bəri ABŞ və İsrail İrana havadan hücumlar həyata keçirir. İran isə cavab olaraq İsrailə və ABŞ hərbi bazalarının yerləşdiyi Fars körfəzi ölkələrinə raket və dron zərbələri endirir. 

İran eyni zamanda dünya neft tədarükünün 20 faizdən çoxunun həyata keçdiyi Hörmüz boğazını əksər ölkələrin tankerlərinə bağlayıb. 

İran rəsmiləri daha əvvəl Trampın tələbini qəbul etməyəcəklərini bildiriblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Tramp ABŞ-də doğulanlara vətəndaşlıq verməyi məhdudlaşdıran fərman imzalayıb

7 Avqust 2026

The White House

ABŞ prezidenti Donald Tramp ölkədə doğulan uşaqlara avtomatik vətəndaşlıq verilməsi qaydalarını məhdudlaşdıran iki fərman imzalayıb. Bu barədə Ağ Evin yaydığı məlumatda bildirilir. Fərmanlardan biri ABŞ-də doğulan, lakin vətəndaşlıq ala bilməyəcək xarici vətəndaşların uşaqlarının kateqoriyalarını müəyyən edir. Sənədə əsasən, doğumla ABŞ vətəndaşlığı ala bilməyəcək uşaqlar sırasına xarici diplomatların, səfirlik əməkdaşlarının, xarici hökumətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin uşaqları daxildir. Həmçinin valideynlərindən biri doğumla vətəndaşlıq əldə etmək məqsədilə saxta və ya kommersiya xarakterli razılaşmada iştirak edən uşaqlar, eləcə də ABŞ-də doğuş üçün surroqat ana ilə kommersiya müqaviləsi bağlayan valideynlərin uşaqları da bu kateqoriyaya aid edilir. Fərmanda ABŞ ərazisinin və ya ərazi sularının federal...
Dünya

Hüquq müdafiəçiləri: “Təkcə iyul ayında İranda azı 71 nəfər edam edilib”

7 Avqust 2026

IHRNGO

İranda 2026-cı ilin ilk yeddi ayı ərzində azı 444 nəfər edam edilib. Onlardan 71-i təkcə iyul ayında edam olunub. Bu barədə avqustun 6-da İran İnsan Haqları Təşkilatı (IHRNGO) məlumat yayıb. Təşkilatın məlumatına görə, iyul ayında edam olunanlardan 36 nəfər qətl, 26 nəfər narkotiklə bağlı cinayətlər, 8 nəfər milli təhlükəsizlik ittihamları, 1 nəfər isə zorlama ittihamı ilə ölüm cəzasına məhkum edilib. Edam olunanlar arasında 6 etirazçı da olub. Hüquq müdafiəçilərinin hesabatına əsasən, ilin əvvəlindən indiyədək edam edilənlər arasında 12 qadın, 17 xarici ölkə vətəndaşı və 80 etnik azlığın nümayəndəsi var. Həmçinin edam olunanlar arasında 28 etirazçı (26 nəfəri yanvar etirazları, 2...

Seçilmiş Videolar

Toplum TV loqo