Tramp: "Venesuelanı 51-ci ştat edə bilərik, 40 trilyon dollarlıq neftləri var"
AP Foto
ABŞ prezidenti Donald Tramp Venesuelanı ölkəsinin 51-ci ştatına çevirməyi "ciddi şəkildə nəzərdən keçirdiyini" deyib.
O, bunu mayın 11-də "Fox News" telekanalına müsahibəsində bildirib. Tramp düşüncəsini Venesuelanın 40 trilyon ABŞ dolları dəyərində neft ehtiyatlarına malik olması ilə əsaslandırıb.
Venesuelada prezident səlahiyyətlərini icra edən Delsi Rodrigez həmin gün jurnalistlərin sualına cavab olaraq deyib ki, ölkəsi ABŞ-nin 51-ci ştatı olmağı planlaşdırmır. “Biz öz bütövlüyümüzü, suverenliyimizi, müstəqilliyimizi və tariximizi müdafiə etməyə davam edəcəyik. Venesuela koloniya deyil, azad ölkədir", - o əlavə edib.
Venesuela prezidenti Nikolas Maduronun bu ilin əvvəlində ABŞ hərbçiləri tərəfindən qaçırılmasından sonra həmin vaxt vitse-prezident olan Rodrigez prezident səlahiyyətlərinə başlayıb. O, Madurodan fərqli olaraq ABŞ ilə enerji və başqa sahələrdə əməkdaşlıq edir.
Tramp administrasiyası Maduronun devrilməsindən sonra ABŞ-nin enerji şirkətlərini Venesuelaya sərmayə qoymağa çağırır. Son 20 ildə Venesuelada ABŞ şirkətlərindən yalnız "Chevron" fəaliyyət göstərib.
Venesuelanın neft ixracatı apreldə 2018-ci ildən bu yana ən yüksək səviyyəyə - günə ortalama 1 milyon barelə çatıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
FOX
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar