Dünya

COP31-də ölkələr iqlim dəyişikliyi ilə mübarizə üzrə razılığa gələ bilməyib

23 noyabr, 2026
21

sosial media

BMT-nin Türkiyədə keçirilən COP31 İqlim Konfransı ölkələrin iqlim dəyişikliyi ilə mübarizə üzrə yeni razılaşma əldə edə bilməməsi ilə başa çatıb.

BBC xəbər verir ki, danışıqların əsas mübahisə mövzuları fosil yanacaqlardan imtina və inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı olub.

Avropa İttifaqı və Sakit okean ada dövlətləri yekun sənəddə qlobal istiləşmənin əsas səbəblərindən olan neft, qaz və kömürdən mərhələli imtina məsələsinin açıq şəkildə qeyd edilməsini tələb ediblər. Lakin təqdim olunan son layihədə fosil yanacaqlara birbaşa istinad yer almayıb.

Bununla yanaşı, bir sıra inkişaf etməkdə olan ölkələr zəngin dövlətlərin iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq üçün maliyyə dəstəyi ilə bağlı konkret öhdəlik götürməməsinə etiraz ediblər.

BMT-nin baş katibi Antonio Quterreş danışıqların nəticəsindən məyus olduğunu bildirib. O, fosil yanacaq sənayesinin maraqlarını müdafiə edən qüvvələri iqlim siyasətinə mane olmaqda ittiham edib.

İki həftə davam edən danışıqların cümə günü başa çatması nəzərdə tutulsa da, ortaq mövqeyə gəlmək cəhdləri bazar gününədək davam edib. BBC-nin məlumatına görə, bu, BMT-nin tarixində ən uzun iqlim konfransı olub.

Əsas razılaşma əldə olunmasa da, ölkələr təmiz enerjiyə keçid prosesində işçilərin və icmaların dəstəklənməsi mexanizmi üzrə müəyyən irəliləyişə nail olublar. Həmçinin 80-dən çox ölkə 2035-ci ilədək elektrik enerjisinin qlobal enerji istehlakındakı payının 35 faizə çatdırılması hədəfini dəstəkləyib.

Növbəti COP32 İqlim Konfransının 2027-ci ilin noyabrında Efiopiyada keçirilməsi planlaşdırılır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Ermənistanın konstitusiya layihəsi dərc olunub: "Müstəqillik bəyannaməsi"nə istinad çıxarılıb

23 noyabr 2026

sosial media

Ermənistanın yeni Konstitusiya layihəsi dərc olunub.  Layihəni baş nazir Nikol Paşinyan “Facebook” səhifəsində təqdim edib. Yeni Konstitusiya layihəsinin giriş hissəsində Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yer almır. Sənəddə ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisində müstəqil, dinc, təhlükəsiz və firavan dövlət qurmaq, bu dövləti nəsildən-nəslə ötürmək məqsədi vurğulanır. Layihədə parlamentin rolu, müxalifətin hüquqları, siyasi partiyalar və media ilə bağlı müddəalara da dəyişikliklər təklif olunur. Yeni layihəyə əsasən, Konstitusiyanın və ya ona dəyişikliklərin referendumda qəbul edilməsi barədə qərar parlamentdə deputatların ümumi sayının ən azı beşdə üçünün səsi ilə qəbul ediləcək. Hazırkı Konstitusiyada bu hədd üçdə iki olaraq müəyyənləşdirilib. Ermənistan parlamentində 107 deputat olduğundan, layihənin...
Dünya

İtaliyada antisemitizm qanunu qəbul edilib

20 noyabr 2026

Quirinale.it

İtaliya parlamentinin Deputatlar Palatası antisemitizmlə mübarizə haqqında qanun layihəsini yekun səsvermədə qəbul edib. “Euronews”un məlumatına görə, layihənin lehinə 147 deputat səs verib, 93 deputat əleyhinə çıxıb, 5 deputat isə bitərəf qalıb. Qanun layihəsi antisemitizmin müəyyənləşdirilməsi üçün Beynəlxalq Holokost Xatirəsi Alyansının (IHRA) 2016-cı ildə qəbul etdiyi tərifi əsas götürür. Məhz bu tərif müxalifət daxilində fikir ayrılığı yaradıb. Demokratik Partiya, Beş Ulduz Hərəkatı, Yaşıllar və Sol Alyans (AVS) layihənin əleyhinə səs verib. Bununla belə, Demokratik Partiyanın deputatı Piero Fassino və partiyanın bir neçə digər üzvü partiyanın ümumi mövqeyindən fərqli olaraq qanunu dəstəkləyib. “Italia Viva” və “Azione” isə layihənin lehinə səs verib. Təklif...

Seçilmiş Videolar

Toplum TV loqo