Foto: sosial media
“Kürdüstan Fəhlə Partiyası”nın (PKK) Türkiyədə həbsdə olan lideri Abdullah Öcalan videomüraciətlə çıxış edib.
Bu, onun 1999-cu ildən bəri ilk videogörüntüsü olub.
Öcalan iyulun 11-də tərk-silah prosesinə başlanılması gözlənən PKK hərəkatının “varlığın inkarına əsaslanan və ayrıca bir dövlət qurmağı məqsəd qoyan fəaliyyətinin sona çatdırıldığını” bildirib.
Videomüraciət PKK-ya yaxınlığı ilə tanınan Fırat xəbər agentliyində yayımlanıb.
PKK lideri, həmçinin, fevralın 27-də etdiyi, “sülh və demokratik cəmiyyətə çağıran müraciətinə sadiq qaldığını” əlavə edib. O, prosesdə gəlinən nöqtənin “olduqca dəyərli və tarixi əhəmiyyətli” olduğunu deyib.
"Silahların buraxılması mexanizminin qurulması prosesi irəli aparacaq. Bu, silahlı mübarizə mərhələsindən demokratik siyasət və hüquq mərhələsinə könüllü keçiddir. Bu, bir itki deyil, tarixi bir nailiyyət kimi dəyərləndirilməlidir. Silahların buraxılmasına dair detallar müəyyən ediləcək və tez bir zamanda həyata keçiriləcəkdir”, - o qeyd edib.
Mayın 12-də PKK rəsmi olaraq özünü ləğv etdiyini və silahlı mübarizəyə son qoyduğunu açıqlamışdı.
Bu addım təşkilatın həbsdə olan lideri Öcalanın əvvəlki çağırışları və 2025-ci ilin martında elan edilən birtərəfli atəşkəsdən sonra atılıb.
Öcalan təşkilatın ləğvini və sülh prosesinin başlanmasını təşviq etmişdi.
Öcalan PKK-nı 1978-ci ildə təsis edib.
Təşkilat 1984-cü ildə müstəqil kürd dövləti yaratmaq məqsədilə Türkiyəyə qarşı qiyama başlayıb.
Daha sonra kürdlərin hüquqları, Türkiyənin cənub-şərqində məhdud muxtariyyət uğrunda vuruşub.
Bu münaqişədə əksəri silahlılar olmaqla azı 40 min insan öldürülüb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Reuters
Foto: CNN
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
Qaçaqmalçının yekəsi
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb
Azər Qasımlı həbsdə qaldı