Dünya

Türkiyə polisi LGBTQ+ fəallarını kütləvi şəkildə saxlayıb

14 Sentyabr, 2026
90

sosial media

Sentyabrın 12-13-də Türkiyədə LGBTQ+ fəallarına qarşı kütləvi polis əməliyyatları keçirilib. İstanbul, Ankara, İzmir və Antalyada fəalların evlərində, LGBTQ+ təşkilatlarının ofislərində, eləcə də gecə klublarında axtarışlar aparılıb.

Polisin məlumatına görə, İstanbulda 26, Ankarada isə 20 nəfər saxlanılıb. Ümumilikdə əməliyyatların ölkənin 12 vilayətini əhatə etdiyi bildirilir. LGBTQ+ hüquqlarını müdafiə edən “Kaos GL” assosiasiyası əməkdaşları da daxil olmaqla 50 nəfərin saxlanıldığını açıqlayıb.
Assosiasiyanın məlumatına görə, ofisində və əməkdaşlarının evlərində aparılan axtarışlara təşkilatın saytında və sosial media hesablarında dərc olunan materiallar əsas gətirilib. Prokurorluq həmin materialları “əxlaqa zidd” hesab edib.

Sentyabrın 12-də LGBTQ+ təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayta və sosial media hesabına giriş də məhdudlaşdırılıb. Məhdudiyyətlər elmi araşdırmalarla məşğul olan qurumların, o cümlədən Boğaziçi Universitetinin LGBTQ+ Araşdırmaları Klubunun və Cinsi Təhsil, Araşdırma və Müalicə Assosiasiyasının (CETAD) saytlarını da əhatə edib.

Əməliyyatlar hökumətin “Ailəm təhlükəsizlikdədir” təşəbbüsü çərçivəsində həyata keçirilir. Təşəbbüsün elan olunan məqsədi doğum səviyyəsinin azalmasının qarşısını almaq və uşaqları mənfi təsirlərdən qorumaqdır.

Türkiyənin ədliyyə naziri Akın Gürlek prokurorluğun ölkənin 15 vilayətində istintaq apardığını bildirib. Onun sözlərinə görə, araşdırma 162 şübhəli şəxsi, doqquz ictimai təşkilatı və 13 şirkəti əhatə edir.

Türkiyə İnsan Hüquqları Assosiasiyası hakimiyyətin bu addımlarını pisləyib.
“Bu əməliyyatın əsl adı ‘Ailəm təhlükəsizlikdədir’ deyil. Bu, dövlətin həyata keçirdiyi ayrı-seçkilik, qorxutma siyasəti və vətəndaş cəmiyyətinin dağıdılmasıdır”, - assosiasiyanın “X” hesabında yaydığı açıqlamada bildirilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İranda Xameneini parodiya edən satirikə qarşı cinayət işi açılıb

16 Oktyabr 2026

sosial media

İranın Tehran prokurorluğu “Instagram”da satirik videoları ilə tanınan Səid Şəkibaya qarşı cinayət işi açıb. Buna onun ölkənin keçmiş ali rəhbəri Əli Xameneinin səsini parodiya etdiyi videonun sosial şəbəkələrdə yayılmasının səbəb olduğu bildirilir. “Radio Farda” Şəkibanın “təhqiredici və alçaldıcı məzmun yaymaq” ittihamı ilə məsuliyyətə cəlb edildiyini, barəsində “müvafiq tədbirlər” görüldüyünü yazıb. Son günlər hakimiyyətə yaxın sosial media istifadəçiləri videonu paylaşaraq satirikin cəzalandırılmasını tələb ediblər. SEPAH-a bağlı “Fars” agentliyi isə paylaşımı “təhqiredici və alçaldıcı” adlandırıb, videoda “kobud və nalayiq” ifadələrin işləndiyini bildirib. Şəkiba əsasən məhşur şəxslərin səslərini təqlid etdiyi komediya videoları ilə tanınır. Onun “Instagram” hesabının təxminən 1 milyon izləyicisi olduğu, səhifənin...
Dünya

Araşdırma: “İsrail şirkəti onlayn reklamlar vasitəsilə kütləvi casusluq əməliyyatı aparıb”

16 Oktyabr 2026

sosial media

İsrailin “Discover-Tech” rəqəmsal reklam şirkətinin onlayn reklamlar vasitəsilə internet istifadəçilərini izlədiyi, bəzi hallarda isə onların cihazlarına casus proqram yerləşdirilməsinə şərait yaratdığı bildirilir. Bu barədə Kanadanın “Citizen Lab” araşdırma qrupu və ABŞ-nin reklam təhlükəsizliyi üzrə “Confiant” şirkətinin hesabatlarına istinadən “Reuters” yazıb. Araşdırmaya əsasən, “Discover-Tech”in mobil telefon və qulaqlıq kimi məhsulları reklam edən elanları 120 mindən çox internet saytında və 75 min tətbiqdə nümayiş etdirilib. Şirkətin gündə azı 10 milyon reklam göstərdiyi, zərərli reklamların yerləşdirildiyi saytlara daxil olan və ya tətbiqlərdən istifadə edən şəxsləri izləyə bildiyi deyilir. Bildirilir ki, bəzi hallarda şirkət smartfon istifadəçilərinin telefon nömrələrini əldə etməyə də cəhd göstərib. Tədqiqatçılar...

Seçilmiş Videolar

Toplum TV loqo