Dünya

Vitkof: “Rusiya və Ukrayna 314 əsirin mübadiləsində razılığa gəlib”

5 Fevral, 2026
184

Foto: açıq mənbə

Fevralın 5-də Əbu-Dabidə görüşən Rusiya və Ukrayna nümayəndələri 314 əsirin mübadiləsində razılığa gəliblər. 

Bu barədə ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkof sosial media hesabında məlumat verib. 

"Bu nəticə geniş və məhsuldar sülh danışıqları sayəsində əldə edilib. Hələ görüləsi xeyli iş qalsa da, bu kimi addımlar davamlı diplomatik dialoqun real nəticələr verdiyini və Ukraynadakı müharibəyə son qoymaq səylərini irəli apardığını göstərir. Danışıqlar davam edəcək və yaxın həftələrdə əlavə irəliləyişin əldə olunacağı gözlənilir", - o əlavə edib. 

Rusiya Müdafiə Nazirliyi əsir mübadiləsinin artıq baş tutduğunu xəbər verib. Nazirliyin açıqlamasına görə, tərəflər hər birindən 157 əsiri mübadilə ediblər. 

Vitkof bunun əsir mübadiləsi məsələsində son 5 ayda ilk razılığın olduğunu bildirib. 

Rusiya və Ukrayna nümayəndə heyətləri ABŞ-nin vasitəçiliyi ilə Əbu-Dabidə görüşüblər. 

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, danışıqlarda irəliləyişin əldə olunması bir qədər vaxt ala bilər. Bununla belə, o vurğulayıb ki, Donald Trampın administrasiyası son bir il ərzində "danışıqlar prosesində böyük irəliləyişə nail olub".

Buna baxmayaraq, tərəflər danışıqlar prosesində atəşkəs barədə razılığa gəlməyiblər və Rusiya tərəfi Kiyev və digər böyük şəhərlərdə mülki infrastruktura zərbələr endirməyə davam edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Gürcüstanda beş müxalifət partiyasının qadağan edilməsi üzrə məhkəmə başlayıb

23 Oktyabr 2026

Toplum TV

Gürcüstanın Konstitusiya Məhkəməsi ölkənin beş əsas müxalifət partiyasının qadağan olunması tələbi ilə verilən iddiaya baxmağa başlayıb. “OC Media”nın oktyabrın 22-də yaydığı məlumata görə, məhkəmə hakim “Gürcü Arzusu” partiyasının iddiasını təmin etsə, bu, müstəqil Gürcüstan tarixində görünməmiş siyasi vəziyyət yarada bilər. İddia Vahid Milli Hərəkat, “Dəyişiklik naminə koalisiya”, “Lelo”, “Gürcüstan naminə” və “Federalistlər” partiyalarını əhatə edir. Bu partiyalardan dördü 2024-cü il parlament seçkilərində baryeri keçib. “Federalistlər” isə seçkilərdə iştirak etməyib. “Gürcü Arzusu” bu siyasi qüvvələrin Vahid Milli Hərəkatla əlaqəli olduğunu və ölkədə sabitliyi pozmağa çalışdığını iddia edir. Hakim partiya öz mövqeyini parlament istintaq komissiyasının hesabatına əsaslandırır. Müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri...
Dünya

ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib

23 Oktyabr 2026

sosial media

ABŞ federal məhkəməsi prezident Donald Trampın Britaniyanın BBC yayım şirkətinə qarşı qaldırdığı 10 milyard dollarlıq böhtan iddiası üzrə dekabrın 11-dək ifadə verməsi barədə qərar çıxarıb. Bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb. Magistrat hakim Enjolike Lett qərarı BBC-nin vəkillərinin Trampı məhkəmə prosesində ifadə verməyi gecikdirməkdə ittiham etməsindən sonra qəbul edib. BBC-nin vəkili Çarlz Tobin bildirib ki, sübutların toplanması üçün ayrılan müddətin başa çatmasına iki ay qalsa da, yayım şirkəti hələ Trampın ifadəsini ala bilməyib. Tərəflər Trampın oktyabrın 16-da ifadə verməsi barədə razılaşsalar da, prezident həmin tarixi “milli əhəmiyyətli məsələlər”lə əlaqədar ləğv edib. Tobinin sözlərinə görə, Tramp həmin gün Corciya...

Seçilmiş Videolar

Toplum TV loqo