Dünya

Zelenski BMT Baş Assambleyasında Rusiyanı "ağrılı qış"la hədələyib

24 Sentyabr, 2026
35

BMT

Ukrayna prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasındakı çıxışında qarşıdakı qışın Ukrayna üçün ağır keçə biləcəyini deyib.

“Bu qış bizim üçün çox sərt keçə bilər. Lakin buna cavab olaraq onu Rusiya üçün də ağrılı etməkdən başqa seçimimiz olmayacaq”, - Zelenski bildirib.

O qeyd edib ki, Rusiya ilin əvvəlindən bəri Ukraynaya 2100-dən çox raket, 63 min müxtəlif növ kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı buraxıb. Zelenskinin sözlərinə görə, onlardan 7700-ü “Şahed” tipli PUA olub.

Zelenski həmçinin bildirib ki, Rusiya müharibədə 47 ölkənin vətəndaşlarından istifadə edir. O, həmin ölkələrin rəhbərlərini vətəndaşlarının cəbhəyə göndərilməsinin qarşısını almağa çağırıb.
Ukrayna prezidenti, həmçinin Vladimir Putinin “hərəkət etmək və bu şəri yaymaq imkanından məhrum edilməli olduğunu” söyləyib.

Zelenski BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində jurnalistlərlə söhbətində Rusiya və ABŞ-nin iştirakı ilə üçtərəfli görüşün dekabrda Mayami şəhərində keçiriləcək “Böyük İyirmilik” (G20) sammiti çərçivəsində baş tuta biləcəyini də bildirib.

Onun sözlərinə görə, G20 sammiti ABŞ tərəfindən təklif olunan ən yaxşı imkanlardan biridir.
“Mən hesab edirəm ki, bu, real nəticə ilə üçtərəfli görüşün keçirilməsi üçün imkandır”, - Zelenski deyib.
O bildirib ki, ABŞ prezidenti Donald Trampın, Avropa, Çin, Hindistan və Yaxın Şərq ölkələri nümayəndələrinin iştirak edəcəyi sammit nəticə əldə olunması üçün münasib şərait yarada bilər.
“Şübhəsiz ki, belə bir format həyata keçirilərsə və müvafiq razılaşma əldə olunarsa, Ukrayna bu formatı dəstəkləyəcək”, - Zelenski vurğulayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ məhkəməsi Trampın Ağ Evə media qadağasını qanunsuz sayıb

24 Sentyabr 2026

whitehouse.com

ABŞ federal məhkəməsinin hakimi prezident Donald Trampın bir sıra media qurumlarının Ağ Evə girişinə qoyduğu qadağanı qanunsuz sayıb.  Tramp ötən həftəsonu CNN, MSNOW və "Politico"nun jurnalistlərinin Ağ Evə girişinə qadağa qoyduğunu elan etmişdi. O, bunu sözügedən media orqanlarının onun barəsində "saxta xəbərlər hazırlamaları" ilə əsaslandırmışdı. Lakin rəhbərlik etdiyi administrasiya məhkəmədə qərarın milli təhlükəsizliyə risklərdən irəli gəldiyini bildirib.  Məhkəmə işə mahiyyəti üzrə baxılana qədər - azı 14 gün müddətinə Tramp administrasiyasına jurnalistləri Ağ Evə buraxmamağa qadağa qoyub. Lakin qərarda Trampın qadağasının konstitusiyaya zidd olduğu da göstərilib.  "Mövcud iş materiallarında təqsirləndirilən tərəflərin iddiasını dəstəkləyən - iddiaçıların daimi giriş icazələrinin ləğvinin həqiqətən milli...
Dünya

Ukrayna Rusiyada iki neft emalı zavoduna zərbə endirdiyini açıqlayıb

22 Sentyabr 2026

sosial media

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Ufa və Samara şəhərlərində yerləşən iki neft emalı zavoduna zərbə endirdiyini bildirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Açıqlamaya görə, sentyabrın 22-nə keçən gecə Başqırdıstan Respublikasının Ufa şəhərindəki “Başneft-UNPZ” neft emalı zavodu vurulub. Zərbədən sonra müəssisənin ərazisində yanğın baş verdiyi bildirilib. Zavodun illik neft emalı gücünün təxminən 7,5 milyon ton olduğu qeyd edilib. Müəssisədə benzin, dizel və qazan yanacağı, mayeləşdirilmiş qaz, kükürd və digər məhsullar istehsal olunur. Ukrayna tərəfinin məlumatına görə, zərbə endirilən digər müəssisə Samarada yerləşən Kuybışev neft emalı zavodu olub. Həmin müəssisənin ərazisində də yanğın baş verdiyi bildirilib. “Rosneft” şirkətinə məxsus...

Seçilmiş Videolar

Toplum TV loqo