Dünya

Tiraniyada azad sənətkar mifi

4 Noyabr, 2022
2423

Açıq mənbələrdən götürülüb

“Radio Svoboda”nın yazarı Mixail Epşteyn Rusiyada azadlıqların daha məhdudlaşdırılması fonunda sənətkarın öz azadlığını qoruyub-qorumayacağını araşdıran məqalə yazıb.

Toplum TV orijinal adı “Gizli azadlıq” olan məqaləni oxucularına azərbaycan dilində təqdim edir:

Rusiya tarixinin indiki dövrü uzun onilliklər boyu, xüsusən də sovetin son dövründə intelligensiya üçün təsəlli və dayaq olmuş bir mədəni mifə son qoya bilər. Bu, tiraniyaya, siyasi əsarətə baxmayaraq, mənəvi və yaradıcılıq azadlığını saxlamağın mümkünlüyü haqqında mifdir. Bu azmış kimi, əsarət guya mənəvi dirçəlişə səbəb olur və ən ağır tiraniya zamanı ən yüksək yaradıcılıq zirvələri fəth edilir. “Daxili”, “gizli” azadlıq anlayışı 1970-ci illərin və 1980-ci illərin əvvəlindəki “durğunluq” dövründə ən ilhamverici anlayışlardan biri idi. Zatən hakimiyyəti seçməyin mümkün olmadığı, hüdudlarından çıxa bilmədiyin ölkədə daxili azadlıqdan başqa bir azadlıq qalmırdı.

Rusiyada bu mifin əsasını ömrünün sonlarında  (1836) yazdığı “Pindemontidən” şeiri ilə Puşkin qoyub.

Ali, uca qaydalar kimə verir-versin həzz,
Məndən ötrü o şeylər qara qəpiyə dəyməz.
Vergilərə etiraz eləmək səadəti –
Qismətimdə yox imiş, incimirəm mən qəti.
Çarların saçyoldusu məni etmir narahat,
Vecimə də deyil heç azaddımı mətbuat.
Axmaqlar aldanırlar, senzuramız həssasdı;
Nə vecimə senzorlar jurnala nəyi basdı.
Bütün bunlar, bilirsiz, sözdü, sözdü, təkcə söz.

Qərb cəmiyyətinin quruluşuna müraciət edən Puşkin vətəndaş və siyasi azadlıqlara istehza edir. Hərçənd, xatırlamağa dəyər ki, Puşkin özü hər zaman xaricə can atırdı.  Kişinyov sürgünündən Yunanısatana qaçmaq istəyirdi; Odessada qaçaqmalçılarla əlaqə qurmağa cəhd edirdi; öz dostunun qulluqçusu kimi Polşa vasitəsilə gizli-gizli Almaniyaya getmək üçün parik sifariş verirdi. Qafqaza yollandı ki, oradan Türkiyəyə keçməyin mümkün olub-olmamasını öyrənsin. Puşkin üçün hara gedəcəyi əhəmiyyətsiz idi, Qərb olsun, ya Şərq, təki vətənin ağuşundan  çıxsın, amma bütün sorğularına rədd cavabı verirdilər. O, çıxış imkanı olduğu halda dərhal yola düşməyən Pyotr Vyazemskini anlamır: “Sən boyunduruqda olmadığın halda necə Rusiyada qala bilirsən? Əgər çar mənə azadlıq versə, bir ay da qalmaram”.

https://toplum.tv/sosial/haqqinda-cox-danisilan-film-qerb-cebhesinde-yenilik-yoxdur

Budur, köləlik təcrübəsi yaşamış, əlçatmaz qaçış haqqında düşünmüş Puşkin 1836-cı il şeirində qisməti ilə barışır və bu acı taleyə ali mənəvi zərurətlə haqq qazandırır. O nəinki daxili və xarici azadlıqları fərqləndirir, həm də onları qəti şəkildə üz-üzə qoyur.

Başqa şeylər gözümdə daha doğma, daha düz;
İstəyir çara əyil, istəyir xalqa sığın,
Mənim üçün əzizdir mənim öz azadlığım.
Fərqi varmı mənimçün? Qoy canları sağ olsun.
Şairin üzü gərək öz yanında ağ olsun,
Əyilməsin heç kimə – nə hakim, nə əyana,
Şair gərək özünün vicdanına inana.
Təbiətdən ruhlanmaq, onu heyrətlə süzmək-
Gəzmək öz kefin üçün, min cür diyarı gəzmək.
Titrəyib coşmalıdır insanın ruhu ancaq,
Sənətin və ilhamın həzzini anlayaraq.
Bax budur xoşbəxtlik! Budur qanun-haqq…

(şeirin tərcüməsi Qismətindir)

Mənəvi kamillik yaşına qədəm qoyan şairin sanki bu iki azadlığın qarşılıqlı əlaqəsini anlamaması heyrətamizdir.  Onun siyasi hüquqlarını məhdudlaşdıran hakimiyyət hərəkət azadlığını da, öz həyatı ilə rəftar hüququnu, “öz kefi üçün dolanmağı” da məhdudlaşdırır... Puşkin senzura qadağalarına, yəni azad sənətkar kimi ən həssaslıq duymalı olduğu hüququn ən kobud pozuntusuna laqeydlikdən bəhs edir. Halbuki şairin nə qədər qeyri-azad olması artıq şeirin başlığından hiss edilir: hətta öz müəllifliyindən imtina etməyə məcburdur, şeiri az tanınan və özü də o zaman ölmüş İtaliya şairi İppolito Pindemontinin (1753-1828) adına çıxarır. Əvvəlcə başqa yalançı başlıq qoymuşdu - “Alfred Müssedən”, amma düşündü ki, bu da təhlükəlidir, çünki Müsse sağ idi və azadlıqsevər şöhrətə malik idi. Puşkin düşündüyünü demək azadlığından özünü məhrum edir, öz ilham mənbəyini tapdayır və bununla belə israr edir ki, bu, həqiqi, “daha yaxşı” azadlıqdır.

Əgər “Pindemontidən” Puşkinin son şeirlərindən biridirsə, “gizli azadlıq” ifadəsi ilk dəfə 1818-ci ildə yazdığı “N. Y. Plyuskovaya” şeirində rast gəlinir; imperatriçə Yelizavetanın (I Aleksandrın arvadı) ünvanına tərif yağdıran şeir onun nədiməsinə ünvanlanıb. Puşkin imperatriçənin xeyirxahlığını və fəzilətlərini vəsf edir, öz tərifində tək olmadığını, bütün rus xalqı adından çıxış etdiyini vurğulayır.

Növbəti əsrdə Puşkinin çağırışına Aleksandr Blok “Puşkinin evinə” şeirində və Puşkinin ölümünün 84-cü ildönümünə həsr olunan “Şairin missiyası barədə” çıxışında hay verir: “Puşkin! Gizli azadlığı sənin ardınca vəsf etdik! Tufanda bizə əl uzat! Səssiz mübarizədə kömək ol!” Blok “gizli azadlığı” kursivlə fərqləndirir,  imperatriçənin nədiməsinə ünvanlanan panegirikə istinad edir. Amma Blok üçün əsas olan Puşkinin başqa şeirinə, həmin “Pindemontidən”ə müraciətdir. “Şairin missiyası haqqında” çıxışında həmin şeiri demək olar ki, bütöv verən Blok yenə də yalnız “gizli” azadlığı müdafiə etməyi lazım bilir və onu aşkar azadlığa qarşı qoyur: Şairin işi, gördüyümüz kimi, xarici aləmin qaydaları ilə müqayisəolunmazdır. Bu gün, Puşkinin xatirəsinə həsr olunan gündə şəxsi adlandırdığımız azadlığı siyasi adlandırdığımız azadlıqdan fərqləndirən Puşkinin haqlı olub-olmaması haqqında mübahisə etməyək. Biz bilirik ki, o, “başqa”, “gizli” azadlıq tələb edirdi...”

“Gizli azadlıq” nə deməkdir? Əgər özünü elan edə bilmirsə, əsarətdən nə ilə fərqlənir? Həqiqi azadlığı “gizli azadlıq”la əvəzləmək, bununla da ən sərt qeyri-azadlığa haqq qazandırmaq həvəsi çox böyükdür.

“Gizli azadlıq” müdafiəsinə çıxışından az sonra, 1921-ci il iyulun 12-də Kommunist partiyasının Siyasi bürosu ağır xəstə olan Blokun müalicə üçün Finlandiyaya buraxılması haqqında Anatoli Lunaçarskinin və Maksim Qorkinin müraciətini rədd etdi. Həmin gün Qorki Vladimir Leninə məktub yazaraq xəstənin müalicə və səyahət hüququ barədə miskin arqumentlər səsləndirir, üstəlik, özünün və Blokun loyallığını isbatlamaq üçün üçüncü adamlar haqqında çuğulluq etməkdən də çəkinmir: “Sovet hökumətinin ünvanına böhtan və şər səsləndirməyə qadir olmayan Aleksandr Blok sinqa və astmadan ölür, onu Finlandiyaya, sanatoriyaya buraxmaq vacibdir. Onu buraxmırlar, amma, eyni zamanda, şər və böhtan atacaq üç yazıçını buraxıblar...” Bloka yalnız avqustun 5-də gediş icazəsi verdilər, amma getməyə macal tapmamış avqustun 7-də öldü.

https://toplum.tv/dunya/si-tsinpinin-tekbasina-hakimiyyeti-cine-ne-ved-edir

Monarxiyanı və kommunizmi arxada qoyaraq XXI əsrə gəlib çatan bu yalanın -guya heç bir tiraniya şəxsiyyət azadlığına mane ola bilməz - təbiətini anlamağın indi əsl vaxtıdır.

 “Mənə əzizdir öz azadlığım...” Bu sətir nə deməkdir -  azadlığın müdafiəsi, yoxsa ondan və son nəticədə elə öz-özündən imtina? Özünü “daha yaxşı” ilə məhdudlaşdıran, “daha pis” ictimai azadlığa, “daha pis” vətəndaş hüquqlarına etimadı sarsıdan... Bu özünü aldatmanın tarixi nəticələrini təkcə şairlərin deyil, bütün xalqın öz taleyində hiss etməsini anlamaq çox ağırdır.

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib

14 Sentyabr 2026

Luca Faz

İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib. “The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib. İsrail qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb olunur. Nadir hallarda tətbiq edilən bu tədbirlə bağlı Mədəniyyət Nazirliyi təkbaşına qərar verə bilməz. “NAZA” fələstinli silahlı qrupların 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra ordunun Qəzzadakı əməliyyatlardan bəhs edir. Ekran əsərində zərbələr zamanı mümkün...
Dünya

Türkiyə polisi LGBTQ+ fəallarını kütləvi şəkildə saxlayıb

14 Sentyabr 2026

sosial media

Sentyabrın 12-13-də Türkiyədə LGBTQ+ fəallarına qarşı kütləvi polis əməliyyatları keçirilib. İstanbul, Ankara, İzmir və Antalyada fəalların evlərində, LGBTQ+ təşkilatlarının ofislərində, eləcə də gecə klublarında axtarışlar aparılıb. Polisin məlumatına görə, İstanbulda 26, Ankarada isə 20 nəfər saxlanılıb. Ümumilikdə əməliyyatların ölkənin 12 vilayətini əhatə etdiyi bildirilir. LGBTQ+ hüquqlarını müdafiə edən “Kaos GL” assosiasiyası əməkdaşları da daxil olmaqla 50 nəfərin saxlanıldığını açıqlayıb. Assosiasiyanın məlumatına görə, ofisində və əməkdaşlarının evlərində aparılan axtarışlara təşkilatın saytında və sosial media hesablarında dərc olunan materiallar əsas gətirilib. Prokurorluq həmin materialları “əxlaqa zidd” hesab edib. Sentyabrın 12-də LGBTQ+ təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayta və sosial media...

Seçilmiş Videolar

Toplum TV loqo