İqtisadiyyat

IDI: Bakı-Abşeron zonası ilə digər regionalar arasında kəskin fərqlər qalmaqda davam edir

10 Aprel, 2021
2932

IDI

Demokratik Təşəbbüslər İnstitutu (IDI) "Gənc İqtisadçılar” təlimlərinin məzunlarından ibarət araşdırma qrupunun üzvləri sosial-iqtisadi inkişafda regional qeyri-bərabərlik probleminə dair araşdırma sənədi hazırlayıb.

Bu siyasət sənədində son 2002-ci ildən bəri ölkədə regional sosial-iqtisadi inkişafdakı qeyri-bərabərliyin azaldılması və bölgələrin tarazlı inkişafına nail olmaq sahəsində hökumətin həyata keçirdiyi siyasətlər təhlil olunur və bu siyasətin təkmilləşdirilməsi üzrə tövsiyələr işlənilib.

Araşdırmanın birinci hissəsində regional sosial-iqtisadi inkişafda qeyri-bərabərliyin mövcud vəziyyəti rəsmi statistik məlumatlar əsasında təhlil olunur və onun səbəbləri araşdırılır. 

Tədqiqatda daha sonra bu problemin aradan qaldırılması istiqamətində hökumətin indiyədək həyata keçirdiyi siyasət addımları araşdırılır.Bu siyasətin nəticələri və əldə olunan nəticələr təqdim olunur. 

Eyni zamanda regionların sosial-iqtisadi inkişafındakı qeyri-bərabərliyin azaldılmasına və regionların tarazlı inkişafına nail olmaq üçün beynəlxalq təcrübə əsasında, hökumətin siyasətində zəruri dəyişikliklərin istiqamətləri təqdim olunur. 

Sonda həmin istiqamətlər konkretləşdirilərək tövsiyələr halında təqdim olunur.

Aparılan tədqiqat belə bir nəticəyə gəlməyə əsas verir ki, Azərbaycanda 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına yönəlik 3 dövlət proqramının icra edilməsinə, habelə “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının icra müddətinin başa çatmasına baxmayaraq, ölkədə regionların sosial-iqtisadi inkişafı arasında olan kəskin fərqlərin aradan qaldırılması sahəsində hələ də ciddi problemlər qalır. 

Təhlili ümumiləşdirməklə demək olar ki, ölkənin bütün sosial-iqtisadi inkişaf parametrləri üzrə həm Bakı-Abşeron zonası ilə ölkənin digər regionaları arasında, həm də Bakı-Abşeron istisna olmaqla, ölkənin qalan regionlarının özləri arasında kəskin fərqlər qalmaqda davam edir. Buna görə də tədqiqatda ölkədə regionların sosial-iqtisadi inkişafındakı qeyri-bərabərliyin azaldılması və daha səmərəli və tarazlı inkişafının təmin edilməsi üçün həm regional inkişafın idarə edilməsi və tənzimlənməsi sahəsində, həm də regionların iqtisadi inkişafının stimullaşdırılması mexanizmləri sahəsində islahatların aparılması təklif olunur və aşağıdakı kimi tövsiyələr irəli sürülür: 

1. Azərbaycanda regional inkişafa məsul olan ayrıca mərkəzi hakimiyyət orqanının yaradılması zəruri və məqsədəuyğundur;  
2. İqtisadi baxımdan problemli regionların və əlverişsiz coğrafi şəraitə malik bölgələrin inkişafı üzrə xüsusi proqramların hazırlanması zəruridir;
3. Azərbaycanda hər bir iqtisadi rayon üzrə xüsusi inkişaf proqram hazırlanması məqsədəuyğundur; 
4. Regional sosial-iqtisadi problemlərin həllində bələdiyyələrin iştirakını atırmaq üçün onlaırn administrativ və maliyyə potensialının gücləndirilməsi vacibdir;  
5. Regional iqtisadi inkişafda klasterlərin yaradılması yanaşmasına keçid edilməli və müvafiq strategiyalar işlənilməlidir;  
6. Regionların rəqabət qabiliyyətliliyini dəyərləndirməyə imkan verən kəmiyyət və keyfiyyət metodları əsasında bölgələrin klaster potensialının analizi aparılmalıdır; 
7. Klasterlərin yaradılmasına qarşı xüsusi tələblər müəyyən edilməlidir. 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 Oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...
İqtisadiyyat

Nazirlik pulu ödənməyən pambıqçılara: “Məhkəməyə müraciət edə bilərlər”

8 Oktyabr 2026

sosial media

Kənd Təsərrüfatı Nazirliyi bu yaxınlarda Salyan rayonunda 100-dən çox pambıqçının sosial mediada ictimailəşdirdiyi şikayətinə cavab verib.  Pambıqçılar paylaşdıqları videomüraciətdə "Aztəsərrüfat" şirkətinə təhvil verdikləri məhsulun pulunu bir ildir ala bilmədiklərini və dövlət qurumlarının onların şikayətinə cavab vermədiyini bildirmişdi.  Nazirlik isə oktyabrın 8-də yaydığı açıqlamada qeyd edib ki, pambıq şirkətləri özəl müəssisələrdir və nazirliyin tabeliyində fəaliyyət göstərmirlər. “Müqavilə şərtlərinin pozulması halında tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. Pambıq tədarükü ilə məşğul olan şirkətlər tərəfindən təhvil alınmış məhsulun dəyərinin ödənilməməsi ilə bağlı yaranan mübahisələrin hüquqi müstəvidə həlli məqsədilə pambıq istehsalçılarının da məhkəməyə müraciət etmə hüquqları var”,...

Seçilmiş Videolar

Toplum TV loqo