Sosial

Demokratik Təşəbbüslər İnstitutu İİV-lə bağlı yeni araşdırmasını təqdim edib

19 Sentyabr, 2022
2040

IDI

Demokratik Təşəbbüslət İnstitutu “İİV-lə mübari̇zədə sağlamlıq hüququnun təmi̇natına dai̇r” araşdırma sənədi̇ hazırlayıb.

Sənəddə bildirilir ki, insan immunçatışmazlığı virusu (İİV) ictimai səhiyyə problemi olmaqla yanaşı, həm də Beynəlxalq İnsan Hüquqları Hüququ (BİHH) tərəfindən tanınan sağlamlıq hüququnun tərkib hissəsidir.

“İnsan hüquqlarının təşviqi və müdafiəsi İİV-in yayılmasının qarşısının alınması və xəstəliyin sosial-iqtisadi təsirinin azaldılması üçün olduqca vacibdir. Bu üç səbəbdən irəli gəlir: birincisi, insan hüquqlarının təbliği və müdafiəsi İİV infeksiyasına qarşı zəifliyi əsaslı şəkildə azaldır. Buna görə də beynəlxalq ictimaiyyətin Qİ̇ÇS epidemiyası ilə bağlı effektiv cavabı bütün sivil, mədəni, iqtisadi, siyasi, sosial, inkişaf və digər hüquqlara hörmətə və beynəlxalq insan hüquqları normaları və prinsiplərinə əsaslanmalıdır.

https://toplum.tv/siyaset/azerbaycanda-ifade-azadliginin-veziyyetinde-irelileyis-elde-olunmayib-arasdirma

Bu tədqiqatın məqsədi Azərbaycanda İİV-in törətdiyi xəstəliklə mübarizə strategiyasına dair qanunvericiliyin və onun tətbiqini sağlamlıq hüququnun kontekstində qiymətləndirilməsidir. Araşdırmanın metodologiyası beynəlxalq və milli hüququn nəzərdən keçirilməsi, beynəlxalq monitorinq mexanizmlərinin Azərbaycan Respublikasına dair qiymətləndirmələrinin müəyyənləşdirilməsi, mətbuat monitorinqi və dövlət orqanlarına müvafiq sorğular verərək məlumatların əldə edilməsinə əsaslanır”, - araşdırmada deyilir.

Demokratik Təşəbbüslər İnstitutunun qanunvericiliyin monitorinqi zamanı müəyyən edib ki, Azərbaycan Respublikası İİV-lə mübarizəyə dair müvafiq qanunvericilik bazası qəbul edib və bir sıra dövlət təminatları müəyyən edilib. Lakin qanunvericiliyin beynəlxalq standartlara müvafiqliyinin analizi nəticəsində aşağıdakı boşluq və problemlər müəyyən edilib:

  • strateji plan İİV-lə mübarizədə iştirakçılıqla əlaqədar təminatları detallaşdırmır;
  • İİV qanunvericiliyi effektiv icma əməkdaşlığına dair aydın müddəalar müəyyənləşdirmir;
  • İİV qanunvericiliyi İİV-in spesifik ehtiyaclarına uyğun olaraq qanunvericiliyin və qanunaltı normativ sənədlərin dövri olaraq nəzərdən keçirilməsinə dair mexanizmlər nəzərdə tutmur;
  • Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində yoluxmuş pasiyentlərin bu barədə bilərək (qəsdən) məlumat verməməsi (cinayət) yaxud müayinə və müalicədən (inzibati) yayınması ilə əlaqədar sanksiyalar müəyyənləşdirilir. Lakin belə sanksiyalar kontekst nəzərdə tutulmadan tətbiq edildiyi hallarda pasiyentlər üçün ağır nəticələr yaradır. Belə problemlərin yaranmaması məqsədilə cinayət və inzibati qanunvericilik aydınlaşdırılmalı və dəqiqləşdirilməlidir. Ancaq hazırda qüvvədə olan pozitiv cinayət və inzibati xətalar hüququ bu cür aydınlığa malik deyil;
  • İİV-lə mübarizədə anti-diskriminasiyaya dair təminatlar qanunvericilikdə ümumi xarakter daşıyır və bunların məhz hansı mənaya gəldiyi normativ səviyyədə dəqiqləşdirilməlidir;

Qanunvericiliyin praktik icra vəziyyətinin monitorinqi isə aşağıdakı problemləri müəyyən edib:

  • Azərbaycanda hazırda İİV Mərkəzi yalnız Bakı şəhərində fəaliyyət göstərir. Buna görə də həmin Mərkəzin lazımi səviyyədə xidmət təmin etməsi sual altındadır;
  • Anti-diskriminasiya və  sosial-psixoloji ayrı-seçkiliklə əlaqəli dövlət orqanları maarifləndirmə öhdəliyini formal səviyyədə icra edirlər;
  • Pasiyentlərlə bağlı statistikanın hazırlanmasında ziddiyyətlər mövcuddur;
  • Penitensiar müəssisələrin şəffaflıq səviyyəsi arzuolunan vəziyyətdə deyil. Ona görə də Ədliyyə Nazirliyinin tibbi yardım və tibbi xidmətlə bağlı təqdim etdiyi məlumatların səhihliyini alternativ yollarla yoxlamaq imkanları məhduddur;
  • İİV qanunvericiliyinin icrasına müstəqil Ombudsman nəzarəti də arzuolunan səviyyədə deyil. Problemin həssaslığını nəzərə alaraq Ombudsman institutu nəzdində bu sahəyə nəzarət edən spesifik işçi qrupun yaradılmasına zərurət var;
  • İİV qanunvericiliyinin icrası məqsədilə icma əməkdaşlığı qanunvericilikdə müsbət təcrübəyə uyğun təsbit edilmədiyindən, bu sahədə praktikada da problemlər mövcuddur;
  • QHT qanunvericiliyinə gətirilmiş məhdudiyyətlər İİV pasiyentlərinin öz hüquqlarını realizə etməsinə əlavə maneələr yaradır.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo