Açıq mənbələrdən götürülüb
Azərbaycanda dövlət səviyyəsində Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrasını həyata keçirən və bu icraya nəzarət edən vahid bir qurum yoxdur.
Bu barədə Demokratik Təşəbbüslər İnstitutu tərəfindən (IDI) “Şəxsi və Ailə Həyatına Hörmət Hüququ (Konvensiya, maddə 8) ilə bağlı AİHM-in Azərbaycana qarşı Qərarlarının İcra Vəziyyətinə” dair hazırladığı hesabatda bildirili.
Hesabatda şəxsi və ailə həyatına hörmət hüququ,bu hüquqa olan təminatlar, o cümlədən AİHM qərarlarının hüquqi qüvvəsi nəzərdən keçirilib, yerli və beynəlxalq qanunvericilik analiz edilib.
Araşdırmada AİHM tərəfindən Azərbaycana qarşı 8-ci (“Şəxsi və ailə həyatına hörmət hüququ”) maddə altında çıxarılan və pozuntusu tanınan 16 qərarın qısa təsviri və həmin qərarların icra vəziyyəti, hökumət tərəfindən icra ilə bağlı həyata keçirilən ümumi və fərdi tədbirlər təsvir edilib. Bu sahədə qanunvericilik və praktikada olan nöqsanlar aşkar edilib.
Həmçinin hesabatda AİHM qərarlarının icra prosesinin pərakəndə şəkildə həll edilməsi, hökumət tərəfindən qərarların icrasının ən sadə şəkildə - təzminatın ödənilməsi yoluyla həyata keçirilməsi, qanunvericilik və praktikanın təkmilləşdirilməsi istiqamətində yetərli tədbirlərin görülməməsi kimi nöqsanlar göstərilib.
Hesabatın sonunda isə ümumi tövsiyələr verilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Vəkil: “Həbsdə saxlanılan bir sıra şəxsin təcili tibbi yardıma ehtiyacı var”
Toplum TV
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”