Siyasət

Azərbaycanda ifadə azadlığının vəziyyətində irəliləyiş əldə olunmayıb - Araşdırma

12 Sentyabr, 2022
1931

Açıq mənbələrdən götürülüb

2021 -ci il ərzində 6 nəfər paylaşımlarına və fikirlərinə görə cinayət məsuliyyətinə cəlb edilib.  

Bu barədə Demokratik Təşəbbüslər İnstitutu (IDI) 2021-ci ildə “Azərbaycanda İfadə Azadlığının Vəziyyətinə dair” Araşdırma Sənədi hazırlayıb.  

Sənəddə bildirilir ki,  Azərbaycanda ifadə azadlığının vəziyyətində əvvəlki illərə nisbətən irəliləyiş əldə olunmayıb. Sosial mediada müxalif fikirlərinə görə siyasi və ictimai fəalların saxlanması, təzyiq və təhdidlərə məruz qalması ifadə azadlığı və birləşmək hüququnun kobud şəkildə pozulması ilə müşahidə olunub: 

“Ən böyük problemlərdən biri qanunvericilikdə diffamasiyaya görə cinayət məsuliyyətinin olması və praktikada bu maddənin tətbiq olunmasıdır. 2021-ci ildə Azərbaycana qarşı Konvensiyanın 10-cu maddəsinin pozuntusu tanınan işlərdə də bu  problem dəfələrlə vurğulanıb. Cinayət Məcəlləsindəki bu tip maddələrdən biri prezidentin şərəf və ləyaqətini qoruyan maddədir. Halbuki AİHM-in qərarlarında dəfələrlə qeyd olunub ki, dövlət nümayəndələrinin, ictimai və siyasi xadimlərin, o cümlədən rəhbər şəxslər tənqidə qarşı daha tolerant olmalıdır”. 

https://toplum.tv/siyaset/idi-azerbaycanda-siyasi-motivli-inzibati-hebslerle-bagli-hesabat-yayib

Araşdırmaya görə, Avropa İnsan Hüquqları Məhkəməsi (AHİM) 2021-ci ildə ümumilikdə 85 işdə ifadə azadlığı hüququnun pozuntusuna qərar verib. Sıralamada 3-cü olan Azərbaycana qarşı çıxarılan 6 qərarda ifadə azadlığı hüququnun pozuntusu tanınıb. Ümumlikdə, AİHM Azərbaycana qarşı ifadə azadlığı pozuntusu ilə bağlı indiyə qədər 16 qərar qəbul edib. 

“Bu qərarlarının icra vəziyyətinə baxdıqda isə görə bilərik ki, hökumət Avropa Şurası Nazirlər Komitəsinin qətnamələrinə və çağırışlarına baxmayaraq qərarların tam və istisnasız icrasına əməl etmir. Kompensasiya hissəsini əsasən icra etsə də, qanunvericiliyin standartlara uyğunlaşdırılması, konkret tədbirlərin görülməsi, pozuntuların aradan qaldırılması, cinayətə yol verən şəxslərin məsuliyyətə cəlb olunması və AHİM təcrübəsinin sonrakı məhkəmə çəkişmələrində bir qayda olaraq tətbiq edilməsinə əhəmiyyət vermir”, - deyə sənəddə qeyd olunub. 
.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İran XİN: “Azərbaycan xalqının hicab məsələsində məsləhətə ehtiyacı yoxdur”

21 Oktyabr 2026

sosial media

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycanda hicab məsələsinin qarşılıqlı anlayış və dini hüquqlara hörmət əsasında həllinə çağırıb. Bəqai bu mövqeyi Azərbaycanda hakimiyyətə yaxın medianın Türkiyənin məsələyə münasibətini tənqid etdiyi bir vaxtda səsləndirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mövzu ilə bağlı açıq açıqlama verməsə də, onun baş müşaviri Oktay Saral Azərbaycanda hicablı məktəbli qızlara və müəllimlərə tətbiq olunan məhdudiyyətləri tənqid edib. Son həftələr Azərbaycanda məktəblərdə hicab qadağasına etirazlar keçirilir. Etirazlar xaricdə, xüsusilə Türkiyədə, eləcə də Azərbaycanın səfirlik və konsulluqları qarşısında da təşkil edilib. Oktyabrən 20-də mətbuat konfransında çıxış edən Bəqai Tehranla Bakı arasındakı uzunmüddətli dostluq və qardaşlıq münasibətləri olduğunu...
Siyasət

Vəkil: “Həbsdə saxlanılan bir sıra şəxsin təcili tibbi yardıma ehtiyacı var”

21 Oktyabr 2026

Toplum TV

Vəkil Zibeydə Sadıqova həbsdə saxlanılan bir sıra şəxsin səhhətində ciddi problemlərin olduğunu və onların təcridxana, yaxud cəzaçəkmə müəssisələrində zəruri tibbi yardım ala bilmədiyini deyir. Vəkil bu barədə sosial media hesabında məlumat yayıb. Sadıqova bildirir ki, təcili tibbi yardıma ehtiyacı olan şəxslər arasında “Toplum TV işi” üzrə həbsdə olan media eksperti Ələsgər Məmmədli, “Toplum TV”nin jurnalisti Fərid İsmayılov və ResPlatformanın qurucu heyət üzvü Ruslan İzzətli var. Vəkil siyahıda həmçinin “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa, “Abzas Media”nın direktoru Ülvi Həsənli, eləcə də sülh fəalı və tədqiqatçı Bəhruz Səmədovun adını çəkir. Sadıqova xatırladır ki, Aynur Elgünəş şiş...

Seçilmiş Videolar

Toplum TV loqo