İqtisadiyyat

IDI-nin yeni araşdırmasından: "Azərbaycanda idxal sənədləşməsinə sərf olunan zaman Gürcüstan və Türkiyə ilə müqayisədə 16 dəfə çoxdur"

31 Mart, 2021
2854

Minatus

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Gənc İqtisadçılar” təlimlərinin məzunlarından ibarət araşdırma qrupu Azərbaycanda xarici ticarət əməliyyatlarında iştirak edən subyektlərin üzləşdiyi problemləri analiz edib.

Tədqiqat Dünya Bankının beynəlxalq ticarət üzrə illik “Doing Business” hesabatında əks olunmuş maneələr və yerli sahibkarların sadaladığı problemlər əsasında hazırlanıb. 
Xarici ticarət əməliyyatları tədiqatda aşağıdakı istiqamətlər üzrə təhlil olunub:

- Azərbaycanın xarici ticarətinin əmtəə və coğrafi strukturu;

- bu strukturun dinamikasında son illər baş vermiş dəyişikliklər; 

- “Doing Business”-dəki “Beynəlxalq ticarət” indikatorlu qiymətləndrimə metodologiyası  əsasında  məlumalar;

- idxal və ixrac prosedurlarında – həm sərhəddən buraxılma, həm də sənədləşdirmə prosesində Azərbaycan praktikasının bu sahədə ən yaxşı təcrübəsi olan ölkəylə (Danimarka), eyni zamanda, region ölkələriylə (Türkiyə və Gürcüstan) müqayisəsi;

- yerli sahibkarlardan alınmış rəylər əsasında gömrük rəsmiləşdirməsi zamanı izafi zaman və xərc itikisinə gətirib çıxaran amillər.

Xarici ticarət subyektlərinin fəaliyyətinə maneələrin aradan qaldırılması üçün müəyyən mexanizmlərin təklif edildiyi tədqiqatda aşağıdakı təsbitlər yer alıb:

· Dünya Bankının araşdırmalarına görə, Azərbaycanda xarici ticarət iştirakçılarının sərhəddən keçid xərcləri region ölkələrilə müqayisədə az qala 2 dəfə çoxdur;

· Azərbaycan ixrac sənədləşməsinə sərf olunan zaman  və xərclərə görə Türkiyə və Gürcüstanla müqayisədə daha əlverişsiz durumdadır - sərf olunan zaman Gürcüstanla müqayisədə 16, Türkiyəylə müqayisədə 8 dəfə çoxdur ; sənədləşmə işləri Türkiyədəkindən təxminən 5 dəfə baha başa gəlir; 

· idxal üçün sərhəddən keçidə sərf olunan zaman Gürcüstana nisbətən aşağı olsa da, Türkiyə ilə müqayisədə 7 dəfə çoxdur;

· idxal sənədləşməsinə sərf olunan zaman həm Gürcüstan, həm də Türkiyə ilə müqayisədə 16 dəfə çoxdur;

· idxal sənəsləşməsinə çəkilən xərclər Gürcüstana nisbətən təxminən 10%, Türkiyə ilə müqayisədə təxminən 4 dəfə çoxdur; 

· tədqiqata cəlb olunan ölkələrlə müqayisədə Azərbaycanda ixrac və idxal əməliyyatlarına lazım olan sənədlərin sayı daha çoxdur – idxal üçün Azərbaycanda 7, Gürcüstanda 4, Türkiyədə 5 sənəd; ixrac  üçünsə Azərbaycanda 6, Gürcüstanda 4, Türkiyədə 6 sənəd tələb edilir; 

· xarici ticarət subyektləri sərhəd-gömrük sənədləşməsini daha sürətlə yekunlaşdıra bilsinlər deyə “Yaşıl dəhliz” buraxılış sistemi yaradılsa da, hələ ki bu imkandan  subyektlərin 2%-dən də az hissəsi yararlana bilir;

· məcburi sertifikatlaşdırma tələbi qoyulan malların sayca azaldılmasının vacibliyi prezident sərəncamında da qeyd edilməsinə baxmayaraq, bu sahədə islahat tədbirlərinin həyata keçirilməsi qeyri-müəyyən səbəblərdən ləngiyir;

· idxal üçün sertifikatların alınmasına sərf edilən xərc və zaman kifayət qədər yüksəkdir.

Araşdırma qrupu Azərbaycanda xarici ticarət subyektlərinin üzləşdiyi manelərin aradan qaldırılması üçün aşağıdakıları tövsiyə edib:

· Dünya Bankının “Doing Business” hesabatındakı “beynəlxalq ticarət” indikatoru üzrə ölkənin mövqeyini yaxşılaşdırmaq üçün “Yol Xəritəsi” hazırlanmalıdır; 

· nufuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən gigiyenik sertifikatlar yerli gömrük sistemi tərəfindən tanınmalıdır; 

·  “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə stimullaşdırılmalıdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycan bu il Gürcüstana azı 45,3 milyon dollar sərmayə qoyub

8 Sentyabr 2026

sosial media

2026-cı ilin ilk yarısında Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 45,3 milyon ABŞ dolları dəyərində sərmayə qoyulub.  Bu barədə məlumat Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında yer alıb.  Azərbaycan bununla ilin ikinci rübündə Gürcüstana sərmayə qoymuş ölkələr sırasında 7-ci yeri tutub.  Hesabatda Azərbaycanın qoyduğu sərmayələrin təyinatına dair məlumata rast gəlinməyib. Lakin ümumilikdə sərmayələrin əksəriyyəti maliyyə, sığorta və daşınmaz əmlak sahələrinə qoyulub.  Azərbaycan son illərdə müxtəlif ölkələrə sərmayə qoyub. Dövlət Neft Şirkəti (SOCAR) Avropa ölkələri də daxil olmaqla bir çox ölkələrdə dəyəri milyard dollarlarla ölçülən şirkətlər alır və ya yeni müəssisələr tikir. Azərbaycan prezidenti İlham Əliyev bu il keçirilən 31-ci Bakı Enerji Forumunda demişdi...
İqtisadiyyat

Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”

7 Sentyabr 2026

sosial media

"Sovetlər dağıldı, sovxoz və kolxozlar ləğv edildi, torpaq islahatı həyata keçirildi. Amma müstəqil Azərbaycanın kənd-inkişaf konsepsiyası işlənib hazırlanmadı."  Bu sözləri kənd təsərrüfatı eksperti Şahin Nəcəfov sosial media hesabında kənd təsərrüfatı təyinatlı torpaqların birləşdirilməsi haqda yeni qanun layihəsini şərh edərkən yazıb.  Ekspert xatırladıb ki, 1996-cı ildə aparılan torpaq islahatı çərçivəsində kənd əhalisinə xüsusi mülkiyyət kimi paylanan torpaqların ümumi sahəsi təxminən 1,3-1,4 milyon hektar təşkil edib.  "Özəl mülkiyyətdə olan bu pay torpaqları ölkənin ümumi aktiv əkinəyararlı torpaq fondunun təxminən 70–75%-ni təşkil edirdi. Amma bu torpaqların çox böyük əksəriyyətini kasıblaşdırılan kənd adamları çoxdan qəpik-quruşa satıblar. Bu gün ən yaxşı halda kəndlilərin əlində qalan...

Seçilmiş Videolar

Toplum TV loqo