İqtisadiyyat

Natiq Cəfərli: “Azərbaycanın belə kəskin addımlar atacağını düşünmürəm”

23 Mart, 2021
2889

Açıq mənbələrdən

“Azərbaycanın Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna kimi bir çox MDB ölkələrindən əsas fərqi odur ki, bizdə məzənnə siyasəti inzibati qaydada tənzimlənir. Yəni bazar elementləri məzənnənin formalaşmasında rol oynamır”.

İqtisadçı-ekspert Natiq Cəfərli bir sıra ölkələrin mərkəzi banklarının monetar siyasətini “Toplum TV”-yə şərh edərkən belə deyib.

"Fitch Ratings" beynəlxalq agentliyi analitiklərinin proqnozlarına görə, 2021-2022-ci illərdə MDB regionunun (Gürcüstan və Ukrayna da daxil olmaqla) bir çox ölkəsində mərkəzi banklar monetar siyasətini sərtləşdirəcək.

Agentlik hesab edir ki, artım miqyası 2014-2015-ci illər sonrası dövrlə müqayisədə daha mülayim olacaq.

"Fitch Ratings" monetar siyasətdə dəyişikliyin başlıca səbəbi kimi COVID-19 pandemiyası fonunda artan inflyasiya təzyiqini göstərir. Qeyd olunur ki, MDB-də monetar siyasəti sərtləşdirən sonuncu ölkə Rusiyadır və o, martın 19-da uçot dərəcəsini 4,5%-ə yüksəldib, Ermənistan isə dekabrdan bəri uçot dərəcəsini 1,25 faiz bəndi artıraraq 5,5%-ə qaldırıb.

Ukrayna və Gürcüstan martda uçot dərəcəsini müvafiq olaraq 6,5%-ə və 8,5%-ə çatdırıb.

Natiq Cəfərli bildirir ki, MDB ölkələri iqtisadi siyasətlərini Rusiya modelinə uyğunlaşdırırlar: “Təəssüf ki, MBD regionundakı ölkələrin bir çoxu monetar siyasət yürüdərkən əsasən Rusiya Mərkəzi Bankının atdığı addımları izləyir. Bu bank pandemiya başlayanda faizləri kəskin şəkildə aşağı çəkməyə başladı. Son iclasında uçot dərəcəsini 0,25% yuxarı çəkdi ki, bu, son aylarda atdığı ilk addım idi. Eyni zamanda, MDB ölkərinin bəzilərində də bənzər addımların atıldığının şahidi olduq”.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin martın 19-da verdiyi qərara əsasən, uçot dərəcəsi 6,25% səviyyəsində saxlanılıb. Faiz dəhlizinin aşağı həddi 5,75%, faiz dəhlizinin yuxarı həddi isə 6,75% səviyyəsində qalıb. Bundan əlavə, faiz dәhlizinin parametrlәrinә dair növbəti qərarların 30 aprel, 18 iyun, 30 iyul, 17 sentyabr, 29 oktyabr,17 dekabr tarixlərində verilməsi nəzərdə tutulub.

N.Cəfərlinin sözlərinə görə, Azərbaycanda digər MBD ölkələrindən fərqli olaraq məzənnə siyasəti inzibati qaydada həyata keçirilir: “Azərbaycanda da Mərkəzi Bankın iclası keçirildi və uçot dərəcəsi sabit saxlanıldı. Sadəcə, Azərbaycanın Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna kimi bir çox MDB ölkələrindən əsas fərqi odur ki, bizdə məzənnə siyasəti inzibati qaydada tənzimlənir. Yəni Rusiyada rublun məzənnəsi gündəlik olaraq oynayır, dünyada və Rusiyada gedən iqtisadi proseslərə görə dəyişir. Bizdə isə inzibati qaydada tənzimləndiyindən bazar elementləri məzənnənin formalaşmasında rol oynamır, hətta Mərkəzi Bankın uçot dərəcəsi də iqtisadi göstəricilərə görə tənzimlənmir”.

İqtisadçı həmçinin qeyd edir ki, normal iqtisadi sistemi olan ölkələrdə Mərkəzi Bank uçot dərəcəsini aşağı salan kimi, kredit faizlərində də azalma müşahidə edilir.
“Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi təxminən 6-7 il bundan öncə ən aşağı səviyyədə idi - 3%-dən bir az yüksək. O zaman da kredit faizləri yüksək idi - istehlak kreditləri 25-30%, biznes kreditləri isə 20-25% civarında. Sonradan faizlər sərt şəkildə yüksəldildi, uçot dərəcəsi 15%-ə qaldırıldı, amma kreditlərdə dəyişiklik olmadı. İndi 6,25%-dir, yenə də kreditlərə birbaşa təsir görmürük. Çünki bizdə iqtisadi institutlar, qiymətli kağızlar bazarı, valyuta bazarı və səhm bazarı hələ formalaşmayıb deyə, Mərkəzi Bankın atdığı addımlar da iqtisadiyyata məhdud təsir göstərir”.

Azərbaycanda da sərt monetar siyasət tətbiq oluna bilərmi?

N.Cəfərli buna ehtimal vermir: “İnflyasiyanın qarşısını almaq üçün sərt monetar siyasətin yeridilməsini bəzi ölkələrdə açıq şəkildə görürük. Məsələn, Türkiyədə bu addım siyasi böhranla nəticələndi, hətta Mərkəzi Bankın rəhbərliyi dəyişdirildi. Azərbaycanın belə kəskin addımlar atacağını düşünmürəm, çünki qeyd etdiyim kimi, Mərkəzi Bankın birbaşa təsir imkanları çox məhduddur. Bu səbəbdən inzibati qaydada məzənnənin saxlanılması siyasəti davam edəcək və uçot dərəcəsi indiki səviyyələrdə saxlanılacaq”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə

22 Oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu dövrdə 191 ölkədən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi Türkiyənin, 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi Qazaxıstanın, 3,7 faizi isə İsrailin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər...
İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 Oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...

Seçilmiş Videolar

Toplum TV loqo