İqtisadiyyat

Dünya Bankı Azərbaycanda aqrar layihələrin reallaşdırılmasını kafi qiymətləndirir

19 Fevral, 2021
2696

UKTN

Dünya Bankı Azərbaycanda icra etdiyi "Kənd təsərrüfatında rəqabətliliyin artırılması" ("Agricultural Competitiveness Improvement Project") layihəsi çərçivəsində bu il ölkəyə daha 4,36 milyon ABŞ dolları ödəyəcək.

Bu barədə fevralın 19-da Dünya Bankından məlumat verilib.  

Məlumata görə, Dünya Bankı tərəfindən 2013-cü ilin sentyabrın ayının 30-da təsdiqlənən "Kənd təsərrüfatında rəqabətliliyin artırılması" layihəsinin ümumi dəyəri 53,25 mln. dollardır və bu məbləğin 34,5 mln. dolları öhdəliyinə düşür. Bank öhdəliyində olan məbləğin 87,36%-ni (30,14 mln. dollar) ödəyib və qalan vəsaitin də layihənin bağlanacağı müddətədək (2021-ci ilin dekabrın 31-də) ölkəyə ödəniləcəyi gözlənilir.

Bildirilir ki, layihənin əsas məqsədləri sırasına Azərbaycanda aqrobiznesin həm tələb, həm də təklif tərəflərinin yaxşılaşdırılması, daha yaxşı emal potensialını və bazarlara daha asan çıxışın təmin edilməsi ilə ölkənin kənd təsərrüfatı sektorunun rəqabət qabiliyyətliliyinin artırılması daxildir. Bank layihənin icrası üzrə ümumi irəliləyişi kafi qiymətləndirir.

Qeyd edilib ki, hazırda Dünya Bankının Azərbaycandakı aktiv portfelinin həcmi 10 layihə üzrə 979,9 mln. dollar təşkil edir (bura ödənilməmiş öhdəliklər də daxildir – red.). Bundan əlavə, bankın ölkədə üç təsdiqlənməyən layihəsi hazırlıq mərhələsindədir. Bunlar bank tərəfindən 65 mln. dolların ayrılacağı "Regional əlaqələr və inkişaf" layihəsi (Salyan-Biləsuvar yolunun yaxşılaşdırılması), ölkədə dəmir yolları və yükdaşıma logistikasının təkmilləşdirilməsinə yönələn və bank tərəfindən 400 mln. dolların ayrılacağı "Azerbaijan Railways & Logistics Modernization Program" layihəsi və 117 mln. dollar məbləğində olan (bank tərəfindən  ayrılacaq indikativ məbləğ) ölkənin seçilmiş regionlarında tullantıların idarə olunması xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılmasına yönəlmiş "National Solid Waste Management Project" layihəsidir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə

22 Oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu dövrdə 191 ölkədən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi Türkiyənin, 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi Qazaxıstanın, 3,7 faizi isə İsrailin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər...
İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 Oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...

Seçilmiş Videolar

Toplum TV loqo